Cavid Qurbanov: İran Azərbaycanla sərhəddə körpünün tikintisi üçün kredit cəlb edəcək
Aprel 21
10:28
2016
İran Azərbaycanla sərhəddə Astaraçay üzərində dəmiryolu körpüsünün tikintisində öz payının maliyyələşdirilməsi üçün kredit cəlb edəcək.
Bunu Trend-ə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov deyib.
C.Qurbanov İranın cəlb edəcəyi kreditin həcmi, mənbəyi və müddəti barədə məlumat verməyib.
QSC sədrinin sözlərinə görə, Azərbaycan bu tikintidə payını özü müstəqil şəkildə maliyyələşdirəcək.
Qlobal.az