Cavid Qurbanova məxsus olduğu deyilən bank məhkəməyə verildi - Əmlak davası
Noyabr 22
00:34
2022
Ləğv prosesində olan "Dəmirbank” ASC məhkəməyə verilib.
Qaynarinfo xəbər verir ki, iddiaçı "Mayak-A” MMC-dir. İddia Bakı Kommersiya Məhkəməsinin hakimi Zeynəb Axundovanın icraatındadır.
İşin mahiyyəti mülkiyyət hüquqi ilə əlaqədar mübahisələrdən ibarətdir. Məlum olur ki, ASC ilə MMC arasında daşınar əmlakla bağlı mübahisə var.
"Dəmirbank” ASC 1989-cu ildə yaradılıb. 2009-cu ilədək "Azərdəmiryolbank” adı ilə fəaliyyət göstərib.
Bankın səhmlərinin 25 faizi Avropa Yenidənqurma və İnkişaf Bankına, 10 faizi isə Hollandiya İnkişaf Maliyyə Şirkətinə məxsus olub. Səhmlərin 65 faizinin sahibi olan yerli səhmdarın adı isə gizli saxlanılıb. Uzun müddət bankın saytında 3-cü səhmdarın adı açıqlanmayıb.

Bu baxımdan, bankın sahibi ilə bağlı müxtəlif məlumatlar yayılıb. Ziya Məmmədov nəqliyyat naziri olduğu dövrdə "Dəmirbank”ın ona aid olduğu bildirilirdi. Lakin sonra yayılan və təkzib olunmayan məlumatlarda "Dəmirbank”ın sahibi kimi "Azərbaycan Dəmir Yolları” QSC-nin keçmiş sədri, hazırda Rəqəmsal İnkişaf və nəqliyyat nazirinin müavini vəzifəsində çalışan Cavid Qurbanovun adı çəkilib.
Qlobal.Az