Cəbhəyanı rayonlarda kredit faizləri Bakıdan niyə yüksəkdir? - ŞƏRH
Aprel 12
12:38
2021
Aparılan araşdırmalar nəticəsində məlum olub ki, rayonlarda kredit faizləri Bakıdakından 2 dəfə çox imiş...
"Region nə qədər uzaqdırsa, xərclər o qədər çoxdur. Üstəlik kreditin qaytarılmama riski də regionlarda daha çoxdur. Kredit qaytarılmayanda da bankın xərcləri də daha çox olur. Bu nöqteyi nəzərindən regionlarda faizlərin yüksək olması bankların baxışından başa düşüləndir”.
Valyuta.az xəbər verir ki, bu sözləri bank üzrə ekspert Əkrəm Həsənov cəbhəyanı ərazilərdə kredit faizlərinin çox olma səbəblərini pia.az-a şərh edərkən deyib.
Aparılan araşdırmalar nəticəsində məlum olub ki, rayonlarda kredit faizləri Bakıdakından 2 dəfə çox imiş. Maraqlıdır ki, ən yüksək kredit faizləri cəbhəyanı rayonlar olan Füzuli, Ağdam və Tərtər rayonları olmaqla Yuxarı Qarabağ iqtisadi rayonundadır. Normal məntiqə görə rayonlarda Bakı ilə müqayisədə faiz dərəcələri daha aşağı səviyyədə olmalı idi.
Bankların bu siyasətini necə izah etmək olar və nəzarətçi orqan kimi Mərkəzi Bank baş verənlərə hansı məsuliyyəti daşıyır?
Sahibkarlığın İnkişaf Fondunun sahibkarlara ucuz kreditlər verdiyini, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin nəzdindəki fondun kənd təsərrüfatına ucuz, güzəştli kreditlər verdiyini xatırladan ekspert bildirib ki, onsuz da dövlət bu işləri görür. Sadəcə olaraq bu işi nə qədər düzgün edirlər, etmirlər buna nəzarət etmək lazımdır. Çünki bu layihələr ilk növbədə regionların inkişafı üçündür:
"Bu məsələyə bazar iqtisadiyyatı nöqteyi nəzərindən baxmaq lazımdır. Artıq Azərbaycan 30 ildir müstəqildir və biz bazar iqtisadiyyatı yolunu tutmuşuq. Banklar da kommersiya qurumlarıdır, özəl qurumlardır. Banklar kommersiya qurumudursa, deməli ilk növbədə gəlir götürmək məqsədini daşıyırlar.
Nəzərə alınmalıdır ki, banklar bir qayda olaraq kreditə öz pullarını vermirlər. Onlar kredit verərkən əmanətçilərin pulunu verirlər. Yəni banklar əmanət qəbul edirlər və əmanətçiyə faiz ödəməlidir. Faizi ödəmək üçün də gərək həmin pulu kredit versin. Oradan da həm özü qazansın, həm əmanət üzrə faiz versin, həm də ki, bankın xərclərini bağlamalıdır.
Bankın kredit verməsində iki məsələ aktualdır:
1. Kreditin verilməsinə və onu qaytarılmasına nəzarət üzrə çəkilən xərclər
2. Kreditin qaytarılmaması və yaxud da müqavilədə nəzərdə tutulan şərtlərdən, müddətdən gec qaytarılması riski. Yəni kredit riski ola bilər. Bu da bank üçün əlbəttə, artıq xərcdir.
Bildiyimiz kimi bank kredit verəndə kreditin rəsmiləşdirilməsi xərcdir. Təbii ki, banka paytaxdan nə qədər uzaqdırsa, bankın xərcləri də artır. Çünki ora işçi göndərməlidir, işçi borc olanı yoxlamalı, kreditin qaytarılmasına nəzarət etməli, o cümlədən vaxtaşırı borcu olanın fəaliyyətini monitorinq etməlidir.
Bu nöqteyi nəzərdən də dediyim kimi region nə qədər uzaqdırsa, xərclər o qədər çoxdur. Üstəlik kreditin qaytarılmama riski də regionlarda daha çoxdur. Kredit qaytarılmayanda da bankın xərcləri də daha çox olur. Bu nöqteyi nəzərindən regionlarda faizlərin yüksək olması bankların baxışından başa düşüləndir. Yəni mən onları başa düşürəm, xərci çoxdur və buna görə də faizi artırır.
Bu məsələni bankların üzərinə yox, dövlətin üzərinə qoymaq lazımdır. Əlbəttə, biz dövlət, cəmiyyət olaraq regionlarda faizin yüksək olmasını istəmirik. Çünki bu halda regionları inkişaf etdirmək olmur. Xüsusən də Ermənistanla sərhədə yaxın olan rayonlarımızın inkişafı vacibdir.
Bu baxımdan dövlətin müəyyən işlər gördüyünü deyə bilərik. Məsələn Sahibkarlığın İnkişaf Fondu var ki, sahibkarlara ucuz kreditlər verir, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin nəznində fond var ki, kənd təsərrüfatına ucuz, güzəştli kreditlər verir. Göründüyü kimi onsuz da dövlət bu işləri görür. Sadəcə olaraq bu işi nə qədər düzgün edirlər, etmirlər buna nəzarət etmək lazımdır. Çünki bu layihələr ilk növbədə regionların inkişafı üçündür. Regionların ucuz kreditlə təmin olunması artıq bankın pulu deyil, bu dövlətin veridiyi ucuz puldur.
Bundan əlavə, sahibkarlar, vətəndaşlar regionlarda banklardan kredit alanda, dövlət kommersiya şərtləriylə faiz fərqini kompensasiya etmək mexanizmini də düşünə bilər. Bu məsələni banklar da etsələr yaxşı olardı. Amma biz banklardan bunu tələb edə bilmərik. Banklara necə sərf edirsə, elə də kredit verirlər”.