Cəlilabad rayonunda “Xocalıya Ədalət” adı altında tədbir təşkil olunmuşdur.
Fevral 26
17:02
2016
26 fevral Xocalı faciəsinin 24-cü il dönümünə həsr olunmuş "Xocalıya Ədalət” adı altında Cəlilabad rayon Mədəniyyət Mərkəzinin, 2,3 və 4 saylı şəhər klublarının birgə əməkdaşlığı çərçivəsində tədbir təşkil olunmuşdur. Tədbirdə rayonda yaşayan Xocalı qaçqınları da iştirak etmişlər. Tədbir zamanı Cəlilabad şəhər məktəblərindən dəvət olunmuş şagirdlər müxtəlif ədəbi-bədii kompozisiyalar nümayiş etdirmişlər. Bu qırğının nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla 613 nəfər qətlə yetirilib. 76-si uşaq olmaqla 487 nəfər yaralanıb. 1275 nəfər isə əsir götürülüb, əsir götürülənlərin 68-i qadın, 26-sı uşaq olmaqla 150 nəfərin aqibəti məlum deyil, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideyinini, 130 uşaq isə valideynlərindən birini itirdikləri diqqətə çatdırılmışdır. Tədbirin sonunda Cəlilabad rayon Dövlət Rəsm Qalereyası tərəfindən Xocalı soyqırımını özündə əks etdirən sərgi təşkil olunmuşdur.
Qlobal.az