SON XƏBƏR

Cənubi Koreya və ABŞ Olimpiada başa çatdıqdan sonra təlimlərə başlayacaq

Fevral 20
17:11 2018
Koreya Respublikası və ABŞ Qış Olimpiya və Paralimpiya oyunları başa çatdıqdan sonra müştərək hərbi manevrlər keçirəcəklər.
 
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyinin parlamentə təqdim etdiyi məruzəsində deyilir. "Müttəfiqlər Şimali Koreyanın raket təhdidinə qarşı operativ hazırlığı artırmaq məqsədi ilə "Key Resolve” komanda-qərargah təlimləri və "Ulchi - Freedom Guardian” manevrləri keçirəcək”, - deyə məruzədə qeyd olunur. Lakin sənəddə son zamanlar 200 mindən 300 min nəfərədək hərbçinin və ABŞ-ın strateji silahlarının cəlb olunduğu miqyaslı "Foal Eagle” səhra təlimlərinin keçirilmə vaxtı bildirilmir.
 
Adətən 75 min hərbçinin iştirakı ilə keçirilən "Ulchi - Freedom Guardian” manevrlərinin gedişində şərti düşmənin hücumu nəticəsində dəyən zərərin aradan qaldırılması üzrə işlər, həmçinin KXDR-in mümkün nüvə zərbəsi zamanı ABŞ və Cənubi Koreya ordusunun müştərək fəaliyyəti məşq edilir.
 
Pxenyan isə öz növbəsində ABŞ-Koreya manevrlərini müttəfiqlərin KXDR-ə hücum hazırlığı kimi qiymətləndirir və hərbi xarakterli cavab tədbirləri həyata keçirir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook