"Cənubi Qafqazda daimi sülhün təmini üçün region ölkələri ilə işlər davam edəcək" - Türkiyə XİN
Oktyabr 19
08:13
2024
Türkiyə Cənubi Qafqazda davamlı sülhün təmini və əməkdaşlığın gücləndirilməsi üçün region ölkələri ilə işləməyə davam edəcək.
Birgə bəyanatda regional iqtisadi əməkdaşlığın ölkələr arasında etimadın yaradılmasına, rifah və sabitliyə verdiyi töhfə xüsusi vurğulanıb.
Nəqliyyat, rabitə, ticarət, enerji, investisiya və əlaqə sahələrində əməkdaşlıq imkanlarının qiymətləndirilməsi razılaşdırılıb.
Bəyanatda, həmçinin dialoq yolu ilə regionda sülh və sabitliyin təmin olunmasının vacibliyi qeyd edilib.