SON XƏBƏR

Cənubi Qafqazda ilk dəfə: Azərbaycan bankı SWIFT-ə qoşuldu

Oktyabr 19
11:56 2018
Kapital Bank müştəri məmnuniyyətinin artırılması və göstərilən xidmətlərin keyfiyyətinin daha da yaxşılaşdırılması üçün daha bir yenilik təqdim edib. Bank həm Azərbaycanda, həm də Cənub Qafqaz regionunda ilk dəfə olaraq SWIFT gpi xidmətinə qoşulub.

SWIFT gpi ölkələrarası ödənişlərin sürətini, şəffaflığını və köçürmə zamanı mərhələlərin izlənməsini artırmaqla, xaricə olan ödənişlərdə müştərilərə daha yaxşı xidmət göstərmək üçün yaradılan məhsuldur. Hazırda dünya üzrə 280 bank bu məhsuldan istifadə edir.

SWIFT gpi xidmətinin bir sıra üstünlükləri vardır: ölkələrarası köçürmələri sistem üzərindən izləmək, köçürmə zəncirində prosesləri daha da sürətləndirmək imkanı, vaxta qənaət, köçürmə zəncirində ödəniş prosesinə sərf olunan vaxt və xidmət haqqının tam şəffaf göstərilməsi, böyük vəsaitlərin köçürülməsi zamanı pulun dövriyyəsinin proqnozlaşdırılması və likvidliyin idarə olunmasının optimallaşdırılması baxımından hesabatıqlığın daha tez hazırlanması.

Qeyd edək ki, SWIFT İstifadəçilər Qrupunun rəhbəri, Kapital Bank-ın İdarə Heyəti sədrinin müavini, Baş İnformasiya İnzibatçısı Nahid Zeynalov, katibi isə Kapital Bank-ın Maliyyə İnstitutları şöbəsinin Beynəlxalq Əlaqələr üzrə meneceri Xəyalə Məmmədovadır.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 95 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook