Ceyhan limanından 341 mln. ton Azərbaycan nefti dünya bazarlarına çıxarılıb
Noyabr 13
14:30
2017
Oktyabr ayında Ceyhan limanından 1,9 milyon ton neft dünya bazarlarına çıxarılıb.
Trend SOCAR-ın saytına istinadən xəbər verir ki, oktyabr ayı ərzində 1 milyon 895 min 356 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb.
Bu həcmin 1 milyon 201 min 814 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib. Cari ilin yanvar-oktyabr aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 21 milyon 36 min 310 ton təşkil edin.
Ümumiyyətlə, BTC istismara verilən gündən 2017-ci il noyabr ayının 1-ə qədər Ceyhan limanından 340 milyon 870 min 909 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.