SON XƏBƏR

Ceyhan limanından nəql olunan neftin həcmi 33% azalıb

Aprel 06
00:13 2017
Bu ilin mart ayı ərzində 1 mln. 731 min 455 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb.

SOCAR-dan "APA-Economics”ə verilən məlumata görə, bu, ötən ilin mart ayı ilə müqayisədə 872 min 757 ton və ya 33,51% azdır.

Bu həcmin 1 mln. 94 min 695 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib.

Bu ilin yanvar-mart aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 5 mln. 863 min 177 ton təşkil edib ki, bu da 2016-cı ilin 3 ayı ilə müqayisədə 1 mln. 975 min 268 ton və ya 25,20% azdır.

Ümumiyyətlə, BTC istismara verilən gündən 2017-ci il aprel ayının 1-nə qədər Ceyhan limanından 325 mln. 697 min 776 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook