Ceyhun Bayramov Almaniyanın dövlət katibi ilə görüşüb
Fevral 29
16:00
2024
Berlində səfərdə olan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Almaniyanın dövlət katibi Tomas Bagger ilə ikitərəfli görüş keçirib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, görüşdə tərəflər Azərbaycan və Almaniya arasında ikitərəfli və çoxtərəfli münasibətləri müzakirə ediblər.