Ceyhun Bayramov və Hakan Fidan regional məsələləri müzakirə ediblər
İyun 10
17:10
2024
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı aparılıb.
Qeyd edilib ki, telefon danışığı zamanı nazirlər iki ölkə arasında ikitərəfli müttəfiqlik münasibətlərinin müxtəlif aspektləri üzrə görülən işləri və regional məsələləri müzakirə ediblər.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.