SON XƏBƏR

Cokoviçin Avstraliyaya girişinə 3 ilik qadağa qoyuldu

Yanvar 17
12:28 2022
Peyvənd olunmadığı üçün Avstraliya Açıq Tennis Turnirinə buraxılmayan və Melburndan qovulan serb tennisçi Novak Cokoviç ölkədən deportasiya edilib.

Qaynarinfo xəbər verir ki, Avstraliya vizası məhkəmə tərəfindən ləğv olunan tennisçinin ölkəyə girişi 3 illik bloklanıb.

Federal Məhkəməsi nazirliyin qərarını təsdiqlədikdən sonra Avstraliya Açıq Tennis Turnirinin kişilər arasında keçən ilki çempionu titulunu qorumaq şansını itirən 34 yaşlı məşhur raketka ustası dünən axşam ölkəni tərk etməli olub.

Avstraliyanın Baş naziri Scott Morrison, yerli "Kanal 9"un radiosunda sualları cavablandırarkən Cokovicin 3 ildən tez Avstraliyaya qayıtmasına zəmanət vermədiyini, lakin şərtlərin dəyişəcəyi təqdirdə qadağa vaxtının qısaldıla biləcəyini vurğulayıb.

Daxili işlər naziri Karen Endryus qeyd edib ki, Cokoviçin gələcəkdə "məcburi səbəbi" varsa, bu nəzərə alınacaq, lakin indiki mərhələdə bu haqda danışmaq düzgün deyil. Qərara verilən beynəlxalq reaksiyadan xəbərdar olduğunu, lakin doğru addım atdıqlarına inandığını ifadə edən Endryus, Avstraliyaya gəlməyə çalışanların müvafiq qanunlara əməl etməli olduqlarını nəzərə çatdırıb. O, Avstraliyada güclü sərhəd mühafizəsini təmin etmək üçün əllərindən gələni edəcəklərini də bildirib.

Avstraliya Açıq Tennis turnirinə qatılmaq üçün Melburna gələn tennisçinin peyvənd olunmadığı üçün vizasının ləğvi haqda qərar çıxarılsa da onun məhkəməyə müraciətindən sonra qərar geri götrülmüşdü. Ancaq iaraşdırmalardan sonra kinci dəfə məhkəmə Cokoviçin vizasını ləğv etmişdi. 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook