Con Tyun: "Məncə, indi Consonun əllərini bağlaya bilmərik"
May 09
14:33
2024
Senat respublikaçıları ABŞ prezidenti Co Bayden administrasiyasının ilin sonunda Ukraynaya yardım üçün yeni müraciət edəcəyini gözləyir və Nümayəndələr Palatasının spikeri Mayk Consonu konqresmen Merckuri Teylor Qrinə mümkün yardımın qarşısını almaq üçün vədlər verməməyə çağırırlar.
Qaynarinfo xəbər verir ki, bu barədə çərşənbə günü, mayın 8-də "The Hill” məlumat yayıb.
Senat Bayden administrasiyasının noyabr seçkilərindən sonra, ehtimal ki, noyabrın sonu və ya dekabrda Ukraynaya hərbi yardım üçün yeni sorğu ilə Konqresə müraciət edəcəyini gözləyir.
Bazar ertəsi radikal anti-Ukrayna mövqeyi ilə tanınan Qrin Consondan Ukraynaya bir daha heç bir yardımı dəstəkləməməyi öhdəsinə götürməsini istəyib.
Respublikaçı senatorlar, öz növbəsində, Consonun bu potensial qanun layihəsini Nümayəndələr Palatasından keçirmək üçün çevikliyini saxlamasını istəyirlər.
"The Hill” yazır ki, respublikaçı senatorlar Consonun Rusiya prezidenti Vladimir Putini "sevindirə” biləcək daha bir yardım paketinin mümkünlüyünü istisna etmək üçün heç bir səbəb görmürlər.
"Məncə, indi onun əllərini bağlaya bilmərik. O, Nümayəndələr Palatasının sədridir. İndi onun görməli olduğu iş var. Gələcəkdə nəyə ehtiyac ola biləcəyini və ya olmaya biləcəyini kim bilir," - Senatdakı Respublikaçı Con Tyun çərşənbə axşamı deyib.
Tyun Senatda növbəti respublikaçıların lideri olmaq istəyir və mümkündür ki, o, növbəti Konqresdə başqa bir fövqəladə müdafiə xərcləri paketini keçirmək tapşırığı ala bilərdi.
Senatda respublikaçıların lideri olmaq üçün Tyun ilə rəqabət aparan senator Con Kornin, Consonun Ukraynanın maliyyələşdirilməsində Qrinə ciddi güzəştə getməməsi ilə razılaşıb.
"Mən düşünmürəm ki, spiker Consonun Merkuri Teylor Qrin qarşısında hər hansı öhdəlik götürməsinə ehtiyac var. Düşünürəm ki, Qrin, özünü marginallaşdırır və əhəmiyyətsiz olur”, - "The Hill” onun sözlərindən sitat gətirib.
Senatın Silahlı Qüvvələr Komitəsinin aparıcı üzvü, senator Rocer Uiker xəbərdarlıq edib ki, Consonun Qrinə Ukraynaya hərbi yardım üçün mümkün yeni müraciəti Nümayəndələr Palatasının zalına çıxarmayacağına söz verməsi "ciddi səhv” olardı.
Uiker administrasiyanın ilin sonuna qədər əlavə hərbi yardım istəməsini ehtimal edib.