Conson Finlandiya, İsveç və Türkiyə arasında razılaşmanı alqışlayıb
İyun 29
03:20
2022
Böyük Britaniyanın Baş naziri Boris Conson Türkiyənin Finlandiya və İsveçin NATO-ya daxil olması ilə bağlı razılıq verməsini alqışlayıb.
"Report” xəbər verir ki, bu barədə Boris Conson tviterdə yazıb.
"NATO sammitinə başlayarkən fantastik xəbər. İsveç və Finlandiyanın üzvlüyü bizim parlaq ittifaqımızı daha güclü və təhlükəsiz edəcək", - Britaniya hökumətinin başçısı yazıb.