SON XƏBƏR

COP29-da yollarda qadağalar olacaq? - Rəsmi cavab

Oktyabr 18
13:18 2024
"COP29 dövründə dövlət və hökumət başçılarını daşıyacaq kortejlərin keçəcəyi küçə və yollarda müəyyən məhdudiyyətlərlə əlaqədar alternativ yollar müəyyən edilib”.

Qlobal.az APA-ya istinadən xəbər verir ki, bunu COP29 Əməliyyat Şirkətinin Nəqliyyat Departamentinin rəhbəri Orxan Mahmudlu bildirib.

O qeyd edib ki, Liderlər Sammiti dövründə - 11, 12 və 13 noyabr tarixlərində hava limanından şəhərə, şəhərdən Olimpiya stadionu istiqamətlərində müxtəlif yollarda tənzimləmələr aparılacaq.

Orxan Mahmudlunun sözlərinə görə, tənzimləmələr tətbiq ediləcək yollara Hava Limanı şosesi, Heydər Əliyev prospekti, Neftçilər prospekti və Yusif Səfərov, Niyazi, İstiqlaliyyət, Lermontov, Mikayıl Huseynov, Xəqani Rüstəmov, Teymur Elçin, Mehdi Hüseyn küçələri daxildir.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook