Corc Santos kimdir?
Dekabr 29
12:10
2022
ABŞ-ın Respublikaçılar Partiyası yeni qalmaqalla üzləşib. Məlum olub ki, Nyu York ştatından Nümayəndələr Palatasına seçilən Corc Santos iddia etdiyi adam deyil.
34 yaşlı respublikaçının rəsmi tərcümeyi-halı onun real həyatı ilə ciddi şəkildə ziddiyyət təşkil edir. Santosun təhsili, karyerası və hətta milli mənsubiyyəti barədə yalan məlumat verməsi ABŞ yəhudilərinin xeyli qəzəbinə səbəb olub. Demokratlar onu Konqresdən xaric etməyə çağırır və Respublikaçı konqresmenlərdən həmkarlarını qınamağı tələb edirlər. Sonuncular isə bunu etməyə hələ ki, tələsmirlər.
Qaynarinfo-nun məlumatına görə, dekabrın ortalarında "The New York Times” qəzetinin jurnalistləri araşdırma aparıblar və bu araşdırma zamanı məlum olub ki, Nyu York ştatının 3-cü dairəsindən Nümayəndələr Palatasına seçilən 34 yaşlı Corc Santos heç də iddia etdiyi adam deyil.
Məlum olub ki, onun seçki kampaniyası üçün gözəl tərtib olunmuş tərcümeyi-halı uydurma faktlar və hadisələrlə doludur.
2023-cü il yanvarın 3-də Kapitolda yerini alacaq konqresmen bir müddət susub, amma sonda danışmağa məcbur olub.
Santos "tərcümeyi-halını bəzədiyini" etiraf edib və əmin edib ki, bir çox insanlar öz tərcümeyi-hallarında bunu edirlər. "Mən xəcalət çəkirəm və CV-ni bəzədiyimə görə üzr istəyirəm. Etiraf edirəm... Biz hamımız həyatda axmaq şeylər edirik ", - deyə siyasətçi özünə haqq qazandırmağa çalışıb.
Bununla belə, "bəzəyib" sözü vəziyyəti kifayət qədər dəqiq təsvir etmir. Belə ki, siyasətçi Baruh kollecində oxuduğunu və Nyu York Universitetində təcrübə keçdiyini iddia etsə də, bunu heç bir təhsil ocağında təsdiq etməyiblər. "Mən heç bir ali təhsil müəssisəsini bitirməmişəm", - sonucda Corc Santos etiraf etməyə məcbur olub. O, tərcümeyi-halında deyildiyi kimi, heç vaxt Citigroup və ya Goldman Sachs-da işləməyib. Sadəcə, "sözləri pis seçmişəm” deyə respublikaçı özünə haqq qazandırıb. Əslində, Link Bridge adlı bir firmada işlədiyi vaxtlarda bu şirkətlərlə bəzi işgüzar münasibətləri olub.
Onun "qürurlu Amerika yəhudisi” olduğu barədə ehtiyatsız bəyanatı vəziyyəti daha da qəlizləşdirib. Seçki kampaniyası zamanı Corc Santos yəhudi əsilli olduğunu iddia edib və o, ana tərəfdən nənə və babası bir vaxtlar Ukraynadan qaçaraq Belçikada məskunlaşdığını, da İkinci dünya müharibəsi zamanı oradan mühacirət etməyə məcbur olduqlarını bildirib.
Yalan danışmaqda şübhəli bilinən, atası braziliyalı olan Santos bunları deyib: "Anam tərəfdən yəhudi əsilli olduğumu öyrəndim, ona görə də "yəhudi” olduğumu dedim. Amma mən heç vaxt yəhudi olduğumu iddia etməmişəm. Mən katolikəm!"
Sonra hiddətlənmək növbəsi Corc Santosun əməkdaşlıq etdiyi yəhudi təşkilatlarına çatıb. "Bizi aldadıb və yəhudi mənşəyini təhrif edib. Məyus olmuşam!" - bu barədə Respublikaçı Yəhudi Koalisiyasının baş direktoru Mett Bruks bildirib.
Bu arada seçki yarışı zamanı braziliyalı mühacirin oğlu ilə onun demokrat rəqibi Robert Tsimmerman arasında baş verən qarşıdurma medianın xüsusi diqqətini çəkib. Məsələ burasındadır ki, ABŞ tarixində ilk dəfə olaraq iki açıq gey namizəd mandat uğrunda baş-başa gəlib. Və sonda Santos Nümayəndələr Palatasına seçilən ilk açıq gey respublikaçı olub. Lakin onun tərcümeyi-halının bu faktı da müəyyən şübhələrə yol açıb. Belə ki, Daily Beast-in məlumatına görə, Corc Santos bir qadınla evli olub və 2019-cu ildə ondan boşanıb.
"Mən axı cinayətkar deyiləm! Bu, qanun yaradıcılığında uğur qazanmağıma mane olmayacaq", - deyə respublikaçı ictimaiyyəti inandırmağa çalışıb. Bununla belə, demokratlar israrlıdırlar və Corc Santosu könüllü istefa verməyə çağırıblar. Digər variant isə Konqresdə onun mandatdan məhrum edilməsini səsə qoymaqdır. Texasdan olan Nümayəndələr Palatasının demokrat üzvü Hoakin Kastronun fikrincə, belə bir qanunvericinin olması təhlükəli siqnal göndərir ki, hər kəs "vəzifəyə sahib olmaq üçün şəxsi məlumatları və nailiyyətlərini tamamilə uydura bilər”. Nyu Yorkdan olan demokrat konqresmen Hakim Ceffris isə Santosu "düzəlməz fırıldaqçı” adlandırıb və onun seçilməsinin legitim sayıla biləcəyi ilə maraqlanıb. "Corc, ümumiyyətlə, adınız Corcdursa, seçicilərin hələ də sizə etibar etdiyinə əminsinizsə, istefa verin və yenidən mənə qarşı çıxın!" - Robert Tsimmerman onu yenidən səsverməyə çağırıb.
"Santos sizi və Respublikaçılar icmasını pis vəziyyətdə qoydu”, - Kaliforniyadan olan demokrat konqresmen Ted Lyu Nümayəndələr Palatasındakı Respublikaçıların lideri Kevin Makkartiyə çağırış edib.
Makkarti, alovlanan qalmaqala baxmayaraq, reaksiya vermir. Bununla belə, heç kim xüsusilə Corc Santosu müdafiə etməyə tələsmir. Yalnız qalmaqallı respublikaçı Markori Teylor Qrin həmkarının müdafiəsinə qalxıb. "Solçuları yalanlar narahat etmir. Onların Corc Santosa hücum etmələrinin əsl səbəbi onun seçilən ilk açıq gey respublikaçı olmasıdır və buna görə onlar ona nifrət edirlər”, - Qrin bildirib.
Bununla belə, regional səviyyədə bir çox respublikaçılar Vaşinqtona seçilən həmkarlarından fərqli olaraq, öz narazılıqlarını ifadə etməyə başlayıblar. Santosun Respublikaçıların Nyu Yorkdakı təşkilatından olan həmkarı Nik Lalotanın qeyd etdiyi kimi, "Nyuyorklular həqiqətə və belə şeylərə vaxt itirmək əvəzinə Nümayəndələr Palatasındakı Respublikaçılar ölkəni idarə etmək fürsətinə layiqdirlər".
Siyasətçinin sözlərinə görə, o, Corc Santosun həyatı ilə bağlı üzə çıxarılan faktlardan "Long-Aylend-in saysız-hesabsız sakinlərindən necə dərin məyus olduqlarını” artıq eşidib.