SON XƏBƏR

Cüdoçularımız beynəlxalq yarışda 4 medal qazanıblar

İyul 10
18:02 2016
Rusiya Federasiyasının Yakutiya vilayətində yeniyetmələr arasında cüdo üzrə VI Beynəlxalq "Deti Azii" oyunları keçirilir.
 
Azərbaycan Cüdo Federasiyasından AZƏRTAC-a bildiriblər ki, məşqçi Nazim Umbayevin rəhbərliyi altında Azərbaycan cüdoçuları da yarışda iştirak edirlər.
 
Beynəlxalq yarışda təmsilçilərimiz 4 medal qazanıblar.
 
Oyunların ilk günündə cüdoçularımızdan Ağabəy Ağazadə (55 kq) qızıl, Əli Sadıxov (46 kq) və Nazir Talıbov (50 kq) gümüş medal qazanıblar.
 
Yarışın ikinci günü isə Vüsal Şamilov (73 kq) bürünc medala sahib olub.
 
Qeyd edək ki, üç gün davam edəcək "Deti Azii" oyunlarına sabah yekun vurulacaq.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook