SON XƏBƏR

Cüdoçumuz Asiya açıq kuboku yarışında bürünc medal qazanıb

İyul 19
00:04 2019
Qazaxıstanın Aktau şəhərində cüdo üzrə Asiya açıq kuboku yarışına start verilib.

Azərbaycan Cüdo Federasiyasının məlumatına görə, əvvəlcə 60, 66 və 73 kiloqram çəki dərəcələrində mübarizə aparan kişi cüdoçular tatami üzərinə çıxıblar. Beynəlxalq turnirin ilk günü Azərbaycan cüdoçusu Yaşar Nəcəfov yalnız bir görüşdə uduzaraq bürünc medal qazanıb. Cüdoçumuz 3-cü yer uğrunda görüşdə Tacikistan idmançısı Dövlətəli Nəzərəliyevi məğlub edib.

Qeyd edək ki, Aktau turnirində 11 ölkədən 175 cüdoçu mübarizə aparır. Asiya kuboku yarışına iyulun 19-da yekun vurulacaq.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook