SON XƏBƏR

Cüdoçumuz olimpiadada yarımfinala yüksəldi

Avqust 06
19:40 2016
Azərbaycan cüdoçusu Orxan Səfərov 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında yarımfinala yüksəlib.  

"Report"un məlumatına görə, 60 kq çəki dərəcəsində çıxış edən O.Səfərov mübarizəyə 1/16 final mərhələsindən başlayıb. O, ilk görüşündə perulu Xuan Postiqosu xal hesabı ilə yenib. Rəqibinin 2 cərimə xalı qarşılığında 25 yaşlı idmançı 1 vazari və 1 yuko xalı qazanıb.
Səfərov 1/8 finalda isə qırğızıstanlı Otar Bestayevlə qarşılaşıb. Sona 15 saniyə qalmış azərbaycanlı cüdoçu rəqibinə ippon fəndi ilə qalib gəlib. Azərbaycan cüdoçusu növbəti mərhələdə isə braziliyalı Felipe Kitadayı 2 dəqiqə 55 saniyəyə ipponla yenib. 

Qeyd edək ki, yarımfinalda Orxan Səfərovun rəqibi Yeldoş Smetov (Qazaxıstan) olacaq. 
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook