SON XƏBƏR

Daha bir ölkə Pekin olimpiadasını boykot edib

Dekabr 09
06:23 2021
Kanada 2022-ci ildə Pekində keçiriləcək Olimpiya Oyunlarının diplomatik boykotuna qoşulacaq.

"Report" "CBC News"a istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Castin Trüdo bəyan edib.

Kanada bu qərarı Ottavanın Çində insan hüquqlarının pozulması ilə bağlı narahatlığına cavab olaraq qəbul edib.

Beləliklə, ölkə rəsmiləri Pekinə səfər etməyəcəklər, lakin kanadalı idmançılar beynəlxalq yarışlarda mübarizə apara biləcəklər.

Bundan əvvəl Böyük Britaniya və Avstraliya da diplomatik boykota qatılıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook