Daha bir məşhur aparıcı Lider TV-dən ayrıldı
Yanvar 13
00:37
2017
Lider TV-nin məşhur aparıcısı kanalla vidalaşıb.
Qlobal.Az Yenicag.az-a istinadən xəbər verir ki, "Lider Xəbər” Departamentinin rəis müavini, "Gənclər” redaksiyasının baş redaktoru və "Ana Xəbər” buraxılışının aparıcısı Günel Gözəlova telekanaldan ayrılıb.
O, 13 il işlədiyi telekanalla əməkdaşlığa bu ilin noyabr ayında son qoyub. Qeyd edək ki, xanım Gözəlova Azərbaycan prezidenti İlham Əliyevin Televiziya və radio işçilərinin "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilmişdi.
Xatırladaq ki, ötən il Lider TV-ni tərk etmiş əməkdaşlar sırasında İlham Abdulov ( "Lider Xəbər” Departamentinin rəisi idi), Vüsalə Babayeva ("Lider TV və Azərbaycan radiosu” MMC-nin baş prodüseri idi) və Mehman Mehdiyevin ("Lider Xəbər’’ Departamentinin aparıcısı, ‘’Ekonomiks’’ qrupunun rəhbəri idi) adlarını xüsusi qeyd etmək olar.
Karyerasının 17 ilini sözügedən teleradioya həsr edən İ. Abdulov 2016-cı ilin yanvar, 14 il Lider TV-də çalışmış V. Babayeva sentyabrın 1-də (kanalın yarandığı gündə), M. Mehdiyev isə oktyabrda öz ərizələri ilə telekanaldan ayrılıblar.
"Səda” Xəbərlər Departamentinin rəhbəri Anar Şükürov isə onların öz ərizələri əsasında işdən azad olunduqlarını deyir: "Bu barədə onların özləri ilə də əlaqə saxlayıb, "Lider”dən getmələrinin səbəbini öyrənə bilərdiniz. Ancaq bu barədə məndən soruşursunuzsa, onların hər biri hər hansı narazılıq bildirmədən öz ərizələri ilə işdən çıxıblar. Yəqin siz də bilirsiniz ki, "Lider” TV-dən ayrılan o aparıcılar kifayət qədər peşəkar insanlardır və hazırda daha yüksək vəzifələrdə çalışırlar. Ümumiyyətlə, bizim telekanlı tərk edən əməkdaşların əksəriyyəti öz karyerasında ancaq irəli gedir”.