Daha bir metro xətti çəkilir: tender elan olundu
Dekabr 07
11:13
2018
Bakı Metropoliteni "bənövşəyi" xətt üzərində yerləşəcək "Xocasən" deposunun tikintisinə başlayıb.
Metropolitan hazırda "Xocasən" elektrik deposuna qədər tikintisi nəzərdə tutulan dəmiryolu ilə kəsişən qaz kəmərinin köçürülməsi işinin hazırlığını həyata keçirir. Bunun üçün "Bakı Metropoliteni" QSC-nin "Xocasən" elektrik deposu sahəsində "Biləcəri-Heybət” mənzilindən "Xocasən" elektrik deposuna qədər tikintisi nəzərdə tutulan dəmiryolu ilə kəsisən qaz kəmərinin köçürülməsi işlərinin satınalınması üçün açıq tender elan edib. Tenderin qalibi 2019-cu il 22 yanvar tarixində açıqlanacaq.
"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Unikal.org-a açıqlamasında bildirib ki, hazırda "Xocasən" elektrik deposunun tikinti üçün layihələndirmə işləri aparılır: "Artıq deponun bir tunelinin tikintisi başa çatdırılıb, digər tunelin tikintisi isə davam etdirilir. Hazırda Xocəsənə kimi işlər mərhələli şəkildə aparılır”.
Bəxtiyar Məmmədov digər depolar kimi, yeni deponun da tikintisindən sonra sözügedən ərazidə yaşayan insanların qatarlardan istifadə etməsini istisna etməyib: "Hazırda yuxarıda qeyd etdiyim kimi, layihələndirmə işləri yekunlaşdırıldıqdan sonra bu məsələ də məlum olacaq. Depo özü sırf metropolitenin ehtiyacları üçün nəzərdə tutulur. Amma burada da stansiya, dayanacaq formasında obyektdə salına bilər. Misal üçün 1967-ci ildə Bakmil stansiyası istifadəyə veriləndə kiçik idi. Sonradan 1979-cu Heydər Əliyevin göstərişi ilə Bakmil stansiyası böyüdülüb sərnişinlərin istifadəsinə verildi”.