SON XƏBƏR

Daha bir qadağa: Dəyəri 800 dollardan çox olan məhsulların ölkəyə gətirilməsi...

Avqust 23
00:41 2020
Nazirlər Kabineti "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nda dəyişiklik edib. Dəyişikliyə əsasən, ölkə ərazisinə gömrük rüsumu ödəmədən hər təqvim ayı ərzində bir dəfə gətirilən, ümumi gömrük dəyəri 800 ABŞ dollarının ekvivalenti məbləğindən artıq olmamaq şərti ilə mallar gətirməyə icazə verilir. Əvvəlki qərara əsasən, bu məbləğ bir şəxs üzrə 1500 ABŞ dolları olub.

Bu haqda məlumatı iqtisadçı alim Qubad İbadoğlu verib.
 
O, qeyd edib ki, bundan əlavə beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə eyni fiziki şəxsin adına gətirilən malların dəyəri isə hər təqvim ayı ərzində 300 ABŞ dollarını keçməməlidir. Əvvəlki qərara əsasən bu məbləğ bir şəxs üzrə 1000 ABŞ dolları olub:

"Fiskal məqsəd, yəni büdcəyə daha çox vəsait yığmaq üçün edilən bu dəyişiklik dolanışığını xaricdən mal alıb, gömrük rüsumu ödəmədən ölkəyə gətirən və daxildə satmaqla təmin edən xırda ticarətçilər üçün ağır zərbədir. Bu yolla ailə dolandıranların yalnız qazancları azaldılmır, həm də onlar bazardan sıxışdırılaraq çıxarılır”.

İqtisadçı belə hesab edir ki, xüsusilə də pandemiya dövründə ölkəyə məqsədindən asılı olmayaraq malların gətirilməsi və idxalı qaydaları sərtləşdriilməli deyil, əksinə liberallaşdırılmalıdır ki, daxili bazarda əmtəə bolluğu təmin olunsun, qiymətlər də sabit qalsın:

"İndiki halda isə qəbul edilən qərarlar həm qiymətlərə artırıcı təsir göstərəcək, həm də poçt göndərilşlərinin azalmasına və bununla məşğul olan şirkətlərin dövriyyəsinin aşağı düşməsinə gətirib çıxaracaq”.

Bu tədbir, həmçinin manatın devalvasiyanı ertələməyə xidmət edir, ölkədən valyuta çıxarılmasının məhdudlaşdırılması məqsədi daşıyır.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook