"Daha bir şəhidimiz artdı"
Fevral 26
17:12
2016
İlhamə xanım Azərbaycanın müstəqilliyini, dövlətçiliyini ürəyində yaşadan sənətçi idi.
Axar.az bildirir ki, bu sözləri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İlhamə Quliyeva ilə vida mərasimində deyib. O, xalq artistinin ölümünün böyük itki olduğunu diqqətə çatdırıb:
"Bu gün Xocalı faciəsi günüdür. Ümidvaram ki, xalqımız öz torpaqlarını qaytarmağa nail olacaq. Bizim xalqımız ağır itkilər verib. Şəhidlərə Allahdan rəhmət diləyirəm. O şəhidlərimizin sırasına böyük sənətkarımız İlhamə Quliyevanın da adını yazmaq olar. Çünki İlhamə xanım Azərbaycanın müstəqilliyini, dövlətçiliyini ürəyində yaşadan sənətçi idi".
Qlobal.az