Daha bir şirkət Azərbaycanı tərk etdi
Avqust 02
10:36
2017
Almaniyanın "Katt GmbH" şirkətinin Azərbaycandakı filialı ləğv olunub.
Qlobal.az APA-ya istinadən xəbər verir ki, şirkətin kreditorları tələblərini Bakı şəhəri, Nəsimi rayonu, D. Əliyeva küçəsi, ev 241, mənzil 70 ünvanına bildirə bilərlər.
Qeyd edək ki, "Katt GmbH” 1989-cu ildə təsis olunub. Şirkət neft sektorunda fəaliyyət göstərən şirkətlər üçün müxtəlif xidmətlər təklif edir.