Daha bir tikinti şirkəti narazılıq yaradıb- “Sipark”dan şikayət
Sentyabr 18
03:03
2018
Bakının Təbriz küçəsində evləri sökülən sakinlər narahatdır.
Xəbərə görə, hələlik və kirayələrə yerləşdirilən vətəndaşlar pilot layihəni həyata keçirməli olan şirkətdən şikayətçidirlər. Belə ki, sakinlərin yerləşdirilməsi üçün mənzil tikməli olan "Sipark” inşaat şirkətinin işə çox ləng başlaması, tikintinin demək olar ki, aparılmaması haqda narazılıqlarını dilə gətiriblər.
Ərazi haqda məlumat verən vətəndaşların sözlərinə görə, evləri sökülən sakinlərə tikiləcək yeni binadan mənzillər vəd edən "Sipark” firması bir il ərzində işlərin çox cüzi hissəsini görüb: "Binanın təməli atılıb, dəmir rekonstruksiyalar qoyulub, amma işlər çox ləng gedir. Bu binanın tikintisi, mənzillərin hazır olması, təmiri, kommunal şəraitin yaradılması azı 1 il də vaxt aparacaq. Ötən bir il ərzində nə işlə məşğul olublar bilmirik, işlər bu günlərdə başlayıb. Gah deyirlər "Sipark” şirkətinin fəaliyyətində nöqsanlar aşkarlanıb, başları qarışıb o tərəfdən işlərinin düzəlməsinə. Gah da deyirlər maliyyə məsələləri üzündən gecikir işlər”.
Maraqlıdır ki, adıçəkilən şirkət haqda mediada yazılanlarla tanış olduqda heç də xoşagələn təəssürat yaranmır. Belə ki, "Sipark”ın adı MTN işində, rəhbərinin adı isə qadın müğənni Şəbnəm Tovuzlunu təhdid etməkdə hallanır. Üstəlik, şirkətin Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən məhkəməyə verilməsi haqda da məlumat yayılıb.
Bir neçə günlük çək-çevirdən sonra şiə məzhəbinin ardıcılı olan Hacı Rəfael Qarayevdən S.İsayevlə şəriklikdən imtina etmə haqda vəd və 150 min manat pul almaqla azad ediblər.
MTN generalının həbsi isə "Sipark” rəhbərinin işlərini çətinə salıb. Əsasən də maliyyə məsələləri dolaşığa düşüb.
Görünür, indi "sular durulub” və tikintiyə başlanıb. İstənilən halda sakinlər səbr etməlidirlər və onlar ümid edirlər ki, hörmətli S.İsayev məsələyə özü əl qoyub, işləri sürətləndirəcək” – deyə bildirilir.

Mediada o da qeyd edilir ki, MTN generalı olmuş Akif Çovdarov vaxtilə şirkətin rəhbəri Seymur İsayevi himayə edib. "A.Çovdarovun MTN əməkdaşı olan Təhmasib adlı köməkçisi S.İsayevin Nərimanov rayonu, Həsən Əliyev küçəsindəki 7 mərtəbəli ofisinin daimi qonaqlarından olub. S.İsayev şəriki Hacı Rafael Qarayevi A.Çovdarova sifariş edəndən sonra onu vəhhabi təriqətinə pul ötürmək, bu təriqətin ardıcılı olmaq suçu ilə MTN-ə aparıblar.
Bir neçə günlük çək-çevirdən sonra şiə məzhəbinin ardıcılı olan Hacı Rəfael Qarayevdən S.İsayevlə şəriklikdən imtina etmə haqda vəd və 150 min manat pul almaqla azad ediblər.
MTN generalının həbsi isə "Sipark” rəhbərinin işlərini çətinə salıb. Əsasən də maliyyə məsələləri dolaşığa düşüb.
Görünür, indi "sular durulub” və tikintiyə başlanıb. İstənilən halda sakinlər səbr etməlidirlər və onlar ümid edirlər ki, hörmətli S.İsayev məsələyə özü əl qoyub, işləri sürətləndirəcək” – deyə bildirilir.
Məlumat üçün onu da qeyd edək ki, "Sipark” şirkəti bəzi teleserial və verilişlərin sponsorluğu ilə məşğuldur.
(mənbə: AFN.Az)
Qlobal.az