Dağlıq Qarabağda arxeoloji döyüşlər başlayıb – Azıx savaşı... - Həmid Herisçinin araşdırması
Noyabr 29
11:41
2016
Son aprel döyüşlərindən sonra Dağlıq Qarabağda, deyəsən, arxeoloji döyüşlər də başlayıb. Xarici muzdlular erməni ordusu tərkibində bizlə döyüşür, Avropa arxeoloqları isə... erməni alimləri sırasında. Sizə bir sirr açım. Alimlərimiz, siyasətçilərimiz məşhur Azıx mağarası barədə danışarkən ağızlarına çullu dovşan sığmır-ay, bəs biz bu mağaranı ötən əsrin 60-cı illərində belə tapıb aşkarladıq, ay, bəs bizə qədər guya bu ünvandan kimsənin xəbəri olmayıb...
Yalandı, gopdu bütün bunlar, biləsiz. Mağara, vaxtilə pir, ziyarətgah kimi tanınıb Qarabağ sakinləri arasında. Züryətsiz, övladsız yerli sakinlər, - fərqi yoxdur erməni olsun, yaxud azərbaycanlı, - bu müqəddəs ünvanı son ümid yeri kimi tanıyırmışlar. Yeddi girişli nəhəng mağaranın hələ ki ancaq beş təbii qapısı aşkarlanıb, qalan ikisinin dəqiq ünvanı hələ də bəlli deyil.
"Mağaranın həqiqi sahibi kimdi” sualına ermənilər, azərbaycanlılar həmişə eyni ağızdan cavab veriblər - "İçəridəki qatı zülmət!”... Həəəə, bu zülmətin dərinliyinə daxil olmaq adamdan şir ürəyi istəyir elə indi də. Vaxtilə züryətsiz ailə üzvləri bu zülmətin dərinliyinə girib tam qatı zülmət əhatəsində bir xeyli yol gedərmişlər. Axır, gəlib dirənərmişlər içəridəki yalqız, hündür salaktit sütuna. Zəvvarlar sütunun başına yeddi dəfə dolandıqdan sonra neyniyərmişlər soruşuram indi sizdən? Heç nə, digər pirlərdə olduğu kimi, yıxılıb yatarmışlar burda.
"Azıxa doğru” romanının müəllifi, mərhum xalq yazıçısı Sabir Əhmədliyə mağara barədə sual verəndə, yadımdadı,rəhmətliyin dilindən sanki dürr tökülməyə başlardı:
- O mağara murad verən ocaqdı. Züryətsizlərin çoxu orda şeytanın qıçını sındırıb, oğul-qız qazanıblar özləriyçün. Belələri bizim Cəbrayılda da az deyildi, vallah.
Oxşar cavabları başqalarının dilindən eşitsəm də, haqlı iradlarımı, etirazımı bilmirəm, nədənsə ancaq təkcə Sabir Əhmədliyə ünvanlardım:
- Əsl azıxatroplar, görünür, sizin Cəbrayıldakı həmin uşaqlardı. Alimlər isə deyirlər bəs guya azıxantropdan bizə yadigar olaraq cəmi bircə çənə sümüyü gəlib çatıb.
- Deyəsən, mən özüm də elə azıxantropam.
Azığın ən böyük dəyəri ondadır ki, burada daş dövrünün bütün mərhələləri aşkar olunub. Azıx bütün vərəqləri yerində olan qalın kitabdır. Qədim neandertal insanların sür-sümüyü dünyada cəmi dörd ünvanda aşkarlanıb, biləsiz. Allahın möcüzəsidi - nədi bilmirəm, ancaq "Azıxantrop” adlanan beşinci neandertal insanın qalıqları, bəxtimizdən, bizim ərazidə, Dağlıq Qarabağın Azıx mağarasında tapılıb vaxtilə. Vaxtilə deyəndə ki, 1968-ci ildə azıxantropun çənə sümüyü arxeoloq Məmmədəli Hüseynov tərəfindən tapılıb.
Tarix elmləri doktoru Qüdrət İsmayılzadə o zamankı hadisələri belə xatırlayır: "Çənənin insana, yoxsa heyvana aid olması da bir qədər mübahisələr yaratdı. Mən onda Azıx mağarası yaxınlığında yerləşən Qara köpəkdə arxeoloji tədqiqatlar aparırdım. Səhər Məmmədəli müəllim gəldi ki, Bakıya gedir. Dedi, bunu tapmışıq, şübhələnirəm insan çənəsidir. O bu çənəni Elmlər Akademiyasının poleontoloqu Dəmir Hacıyevə göstərdi. Çənənin insana məxsus olmasını və Azıx adamının yaşını da Dəmir Hacıyev müəyyən elədi. Azıxantropun çənəsi dünyada ən qədim insan qalıqlarından olub, 250 min il əvvələ aiddir”.
İndi bu çənə Tarix muzeyimizin ən qədim eksponatları sırasında özünə layiqli yer tutur. Tariximizlə maraqlanan azsaylı, nadir turistlərə biz adətən həmişə bu cənə qırığını göstərir, sonra da başlayırıq basıb bağlamağa-ay, bəs dünyada ən qədim tapıntı budur, ay, bəs ermənilər qələt edirlər, başlarını daşa döyürlər...
Yox. Ermənilər indi nə qələt edirlər, nə də başlarını daşa döyürlər. Ermənilər 2001-ci ildən başlayaraq həmin Azıx mağarasında genişmiqyaslı beynəlxalq tədqiqatlara start veriblər. 15 illik araşdırma, qazıntılar səyi nəticəsində ermənilər həm öz arxeoloq kadrlarını yaradıblar, həm də "Azox mağarası və Qafqaz dəhlizi” məcmuəsini hazırlayıb beynəlxalq elmi ictimaiyyətin diqqətinə çatdırıblar. 24 noyabr 2016-cı il tarixində qondarma Artsax respublikasının prezidenti Bako Saakyan məcmuə müəlliflərini öz isti kabinetində qəbul edib hətta. Kitabın beynəlxalq müəllif heyətinə görün bir kimlər daxildir - Ermənistandan Levon Yepiskoposyan, İngiltərədən Piter Con Endryus və Tanya Kristin Kinq, Con Mürrey (İrlandiya) və nəhayət, ispaniyalı Yolanda Fernandes Halva. Alimlərlə görüş təkcə çay, qəhvə dəsgahı ilə kifayətlənməyib. Tədqiqatçıların hər birinin yaxasına "Vaçaqan Bapapaşt” medalı sancılıb və s.i. və ilaxır.
Ermənilərin Azığa marağı bu günün, dünənin faktı deyil. Hələ ötən əsrin 60-70-ci illərində ermənilər həmin mövzunu mənimsəyib özəlləşdirmək istəyiblər. Sözü verək yenə arxeoloq Qüdrət İsmayılzadəyə:
"Abidə tapılandan ermənilər ora maraq göstərirdilər. Hətta abidə ilə maraqlanmağa İrəvandan da alimlər gəlmişdi. Azıx mağarasının içində hündürlüyü 2 metrə çatan daş salaktit vardı. Göydən min illərlə axan damcıların nəticəsində həmin salaktitin üzərinə sanki buzlar sallanmışdı. Məmmədəli müəllim bir qədər romantik adam idi. Bir yazısında yazmışdı ki, burada Qarabağ xanımlarının geyimində sanki gözəl bir gəlin var. Mağaranın divarlarını külək o qədər vurmuşdu ki, divarlar ovuq-ovuq olmuşdu, arı şanına oxşayırdı. Ermənilər o zaman Moskvada çıxan ”Priroda" jurnalında bir məqalə çap etdirdilər ki, guya bu, erməni abidəsidir. Orda olan "buz heykəl” də guya erməni xanımıdır. Guya ermənilər mağarada xüsusi döyüşkən arılar saxlayıblar. Düşmən gələndə o arıları səbətdə aşağı diyirləyirdilər".
***
Aldanmayın. "Döyüşkən arı” - filan mövzusu ermənilərin özü kimi xəstə adamlar üçündü. İndiki ermənilər səbətdə arı-zad diyirləmirlər öz rəqibləri önünə. Siyirmələrindən qalın cildli "Azox mağarası və Qafqaz dəhlizi” məcmuəsini çıxarıb atırlar masanın üzərinə. Ardınca əlavə edirlər tənbəl-tənbəl - "Çağrımıza görürsüz nə qədər Avropa alimi səs verib, hə? Bizə qoşulub mağaranın lap dərinliklərinə eniblər. Azərbaycan alimləri bundan sonra öz dirsəklərini görərlər, nəinki bizim müqəddəs Azox mağaramızı!”
***
***
Bu yaxınlarda rus səyyahları Larisa və İqor Şirayevlər Azıx mağarasına girib oradan kiçik reportaj hazırlayıblar. Həmin reportajdan çıxardığımız kiçik fraqmentləri indi diqqətinizə çatdırırıq: "Mağara təkcə elə paleolit dövrü dayanacağı deyil. Burda, çox nadir yerli, özünəməxsus yarasa növləri də mövcuddur. Zooloqlarla paleozooloqların əsl cənnəti sayıla biləcək bu mağarada çoxlu nadir, endemik flora, fauna nümunələrinə rastlanılır. Əvvəlcə adamı bu mağaranın iyirmi metr hündürlüyündəki girəcəyi heyrətləndirir. İçəri girdinmi, tam başqa dünyanın qanunları işə düşür sanki. Mağaranın əsas 200 metrlik dəhlizi altı böyük təbii zalın içindən keçərək iki yan qalereya ilə tamamlanır. Ən böyük zalın ərazisi 3000 min kvadrat metrdən böyükdü. Dözülməz nəmişlik, hava çatışmazlığı hərdən adamda belə bir fikir yaradır ki, bəs niyə qədim əcdadlarımız buranı özlərinə təbii sığınacaq seçiblər? İçəri girdinmi, vəssalam, yarasa və digər həşərat sürülərindən bir an belə yaxanı kənara çəkə bilməyəcəksən. İmtahandan keçdinmi, sakitləşmə. Növbəti sınaq nöqtələri burda xirtdəyəcəndi. Burda canın həmişə tükdən asılı vəziyyətdədi. Hər an yolu azıb, ölüm təhlükəsi ilə təkbətək qalmaq qorxusu mövcuddur. Mağaraya girmək çətin deyil, çıxmaq müşküldü, vallah”.
***
Son aprel döyüşlərindən sonra Dağlıq Qarabağda, deyəsən, arxeoloji döyüşlər də başlayıb. Xarici muzdlular, erməni ordusu tərkibində bizlə döyüşür, Avropa arxeoloqları erməni alimləri sırasında.
Hərdən istəyirəm bu hər iki zümrəyə çağırış edim, mağaradan kənara çəkilsinlər. İcazə versinlər, qədimlərdəki kimi, züryətsizlər, sonsuzlar yenidən daxil olsun bu mağaraya. Murada yetişsinlər bu qədim ünvanda.
Yalandı, gopdu bütün bunlar, biləsiz. Mağara, vaxtilə pir, ziyarətgah kimi tanınıb Qarabağ sakinləri arasında. Züryətsiz, övladsız yerli sakinlər, - fərqi yoxdur erməni olsun, yaxud azərbaycanlı, - bu müqəddəs ünvanı son ümid yeri kimi tanıyırmışlar. Yeddi girişli nəhəng mağaranın hələ ki ancaq beş təbii qapısı aşkarlanıb, qalan ikisinin dəqiq ünvanı hələ də bəlli deyil.
"Mağaranın həqiqi sahibi kimdi” sualına ermənilər, azərbaycanlılar həmişə eyni ağızdan cavab veriblər - "İçəridəki qatı zülmət!”... Həəəə, bu zülmətin dərinliyinə daxil olmaq adamdan şir ürəyi istəyir elə indi də. Vaxtilə züryətsiz ailə üzvləri bu zülmətin dərinliyinə girib tam qatı zülmət əhatəsində bir xeyli yol gedərmişlər. Axır, gəlib dirənərmişlər içəridəki yalqız, hündür salaktit sütuna. Zəvvarlar sütunun başına yeddi dəfə dolandıqdan sonra neyniyərmişlər soruşuram indi sizdən? Heç nə, digər pirlərdə olduğu kimi, yıxılıb yatarmışlar burda.
"Azıxa doğru” romanının müəllifi, mərhum xalq yazıçısı Sabir Əhmədliyə mağara barədə sual verəndə, yadımdadı,rəhmətliyin dilindən sanki dürr tökülməyə başlardı:
- O mağara murad verən ocaqdı. Züryətsizlərin çoxu orda şeytanın qıçını sındırıb, oğul-qız qazanıblar özləriyçün. Belələri bizim Cəbrayılda da az deyildi, vallah.
Oxşar cavabları başqalarının dilindən eşitsəm də, haqlı iradlarımı, etirazımı bilmirəm, nədənsə ancaq təkcə Sabir Əhmədliyə ünvanlardım:
- Əsl azıxatroplar, görünür, sizin Cəbrayıldakı həmin uşaqlardı. Alimlər isə deyirlər bəs guya azıxantropdan bizə yadigar olaraq cəmi bircə çənə sümüyü gəlib çatıb.
Sabir Əhmədli, yadımdadı, adətən belə hallarda durub gedərdi dəhlizdəki köhnə, novrağı sovrulmuş güzgünün qarşısına. Özünə diqqətlə baxıb pıçıldayardı:
- Deyəsən, mən özüm də elə azıxantropam.
***
Tarix elmləri doktoru Qüdrət İsmayılzadə o zamankı hadisələri belə xatırlayır: "Çənənin insana, yoxsa heyvana aid olması da bir qədər mübahisələr yaratdı. Mən onda Azıx mağarası yaxınlığında yerləşən Qara köpəkdə arxeoloji tədqiqatlar aparırdım. Səhər Məmmədəli müəllim gəldi ki, Bakıya gedir. Dedi, bunu tapmışıq, şübhələnirəm insan çənəsidir. O bu çənəni Elmlər Akademiyasının poleontoloqu Dəmir Hacıyevə göstərdi. Çənənin insana məxsus olmasını və Azıx adamının yaşını da Dəmir Hacıyev müəyyən elədi. Azıxantropun çənəsi dünyada ən qədim insan qalıqlarından olub, 250 min il əvvələ aiddir”.
İndi bu çənə Tarix muzeyimizin ən qədim eksponatları sırasında özünə layiqli yer tutur. Tariximizlə maraqlanan azsaylı, nadir turistlərə biz adətən həmişə bu cənə qırığını göstərir, sonra da başlayırıq basıb bağlamağa-ay, bəs dünyada ən qədim tapıntı budur, ay, bəs ermənilər qələt edirlər, başlarını daşa döyürlər...
Yox. Ermənilər indi nə qələt edirlər, nə də başlarını daşa döyürlər. Ermənilər 2001-ci ildən başlayaraq həmin Azıx mağarasında genişmiqyaslı beynəlxalq tədqiqatlara start veriblər. 15 illik araşdırma, qazıntılar səyi nəticəsində ermənilər həm öz arxeoloq kadrlarını yaradıblar, həm də "Azox mağarası və Qafqaz dəhlizi” məcmuəsini hazırlayıb beynəlxalq elmi ictimaiyyətin diqqətinə çatdırıblar. 24 noyabr 2016-cı il tarixində qondarma Artsax respublikasının prezidenti Bako Saakyan məcmuə müəlliflərini öz isti kabinetində qəbul edib hətta. Kitabın beynəlxalq müəllif heyətinə görün bir kimlər daxildir - Ermənistandan Levon Yepiskoposyan, İngiltərədən Piter Con Endryus və Tanya Kristin Kinq, Con Mürrey (İrlandiya) və nəhayət, ispaniyalı Yolanda Fernandes Halva. Alimlərlə görüş təkcə çay, qəhvə dəsgahı ilə kifayətlənməyib. Tədqiqatçıların hər birinin yaxasına "Vaçaqan Bapapaşt” medalı sancılıb və s.i. və ilaxır.
Ermənilərin Azığa marağı bu günün, dünənin faktı deyil. Hələ ötən əsrin 60-70-ci illərində ermənilər həmin mövzunu mənimsəyib özəlləşdirmək istəyiblər. Sözü verək yenə arxeoloq Qüdrət İsmayılzadəyə:
"Abidə tapılandan ermənilər ora maraq göstərirdilər. Hətta abidə ilə maraqlanmağa İrəvandan da alimlər gəlmişdi. Azıx mağarasının içində hündürlüyü 2 metrə çatan daş salaktit vardı. Göydən min illərlə axan damcıların nəticəsində həmin salaktitin üzərinə sanki buzlar sallanmışdı. Məmmədəli müəllim bir qədər romantik adam idi. Bir yazısında yazmışdı ki, burada Qarabağ xanımlarının geyimində sanki gözəl bir gəlin var. Mağaranın divarlarını külək o qədər vurmuşdu ki, divarlar ovuq-ovuq olmuşdu, arı şanına oxşayırdı. Ermənilər o zaman Moskvada çıxan ”Priroda" jurnalında bir məqalə çap etdirdilər ki, guya bu, erməni abidəsidir. Orda olan "buz heykəl” də guya erməni xanımıdır. Guya ermənilər mağarada xüsusi döyüşkən arılar saxlayıblar. Düşmən gələndə o arıları səbətdə aşağı diyirləyirdilər".
***
Aldanmayın. "Döyüşkən arı” - filan mövzusu ermənilərin özü kimi xəstə adamlar üçündü. İndiki ermənilər səbətdə arı-zad diyirləmirlər öz rəqibləri önünə. Siyirmələrindən qalın cildli "Azox mağarası və Qafqaz dəhlizi” məcmuəsini çıxarıb atırlar masanın üzərinə. Ardınca əlavə edirlər tənbəl-tənbəl - "Çağrımıza görürsüz nə qədər Avropa alimi səs verib, hə? Bizə qoşulub mağaranın lap dərinliklərinə eniblər. Azərbaycan alimləri bundan sonra öz dirsəklərini görərlər, nəinki bizim müqəddəs Azox mağaramızı!”
Azərbaycanlıların 60-cı illərdəki qazıntılarını ermənilər, eşidin, indi necə təsvir edirlər: "Azərbaycan milisi tərəfindən mühasirəyə alınmış əraziyə yerli ermənilərdən kimsə yaxına buraxılmırdı. Qazıntılara cəlb edilmiş adi fəhlələr belə 20-30 kilometr kənardakı Füzuli azərbaycanlılarıydı. Şayiə gəzirdi ki, bəs bu mağaranın dərinliklərində xəzinə gizlədilib guya. Azərbaycanlıları da qızıl maraqlandırırdı, neandertal insanın çənə sümüyü deyil. Qızıl yerinə çənə sümüyü tapan azərbaycanlıların sifətinə baxarkən deyərdin bəs bu adamların atası indi ölüb, bəs yetim qalıblar. Mağaradan partlayış səsləri gəlirdi, iş zamanı ağır alətlərdən istifadə olunurdu ki, arxeologiyada bu, qətiyyən yolverilməzdi. Mağara daşları üzərində həmin partlayışların izi indiyədək qalır. Bax bunlar, hə, azərbaycanlıların izləridir. Bakılıların burdakı izləri məhz bununla məhdudlaşır. Digər izlər artıq onlara məxsus deyil”.
Digər izlər var, bəli. Amma bu izlər ermənilərə deyil, mağaranın əsl sahibləri olan ayılara aiddi. Sözü verək yenə bizim alimlərə: "Ayı kəlləsinin üstündə cızıqlar var idi. Bu da ilk ibtidai insanımızın incəsənət ünsürləri hesab edilirdi. Ayı kəllələri mağaranın müəyyən bir yerlərində gizlədilmişdi. Görünür, bu da ilk insanımızın inancları ilə bağlı idi”.
Bu yaxınlarda rus səyyahları Larisa və İqor Şirayevlər Azıx mağarasına girib oradan kiçik reportaj hazırlayıblar. Həmin reportajdan çıxardığımız kiçik fraqmentləri indi diqqətinizə çatdırırıq: "Mağara təkcə elə paleolit dövrü dayanacağı deyil. Burda, çox nadir yerli, özünəməxsus yarasa növləri də mövcuddur. Zooloqlarla paleozooloqların əsl cənnəti sayıla biləcək bu mağarada çoxlu nadir, endemik flora, fauna nümunələrinə rastlanılır. Əvvəlcə adamı bu mağaranın iyirmi metr hündürlüyündəki girəcəyi heyrətləndirir. İçəri girdinmi, tam başqa dünyanın qanunları işə düşür sanki. Mağaranın əsas 200 metrlik dəhlizi altı böyük təbii zalın içindən keçərək iki yan qalereya ilə tamamlanır. Ən böyük zalın ərazisi 3000 min kvadrat metrdən böyükdü. Dözülməz nəmişlik, hava çatışmazlığı hərdən adamda belə bir fikir yaradır ki, bəs niyə qədim əcdadlarımız buranı özlərinə təbii sığınacaq seçiblər? İçəri girdinmi, vəssalam, yarasa və digər həşərat sürülərindən bir an belə yaxanı kənara çəkə bilməyəcəksən. İmtahandan keçdinmi, sakitləşmə. Növbəti sınaq nöqtələri burda xirtdəyəcəndi. Burda canın həmişə tükdən asılı vəziyyətdədi. Hər an yolu azıb, ölüm təhlükəsi ilə təkbətək qalmaq qorxusu mövcuddur. Mağaraya girmək çətin deyil, çıxmaq müşküldü, vallah”.
***
Son aprel döyüşlərindən sonra Dağlıq Qarabağda, deyəsən, arxeoloji döyüşlər də başlayıb. Xarici muzdlular, erməni ordusu tərkibində bizlə döyüşür, Avropa arxeoloqları erməni alimləri sırasında.
Hərdən istəyirəm bu hər iki zümrəyə çağırış edim, mağaradan kənara çəkilsinlər. İcazə versinlər, qədimlərdəki kimi, züryətsizlər, sonsuzlar yenidən daxil olsun bu mağaraya. Murada yetişsinlər bu qədim ünvanda.
İnan, Allaha da xoş gedər bu.
(Musavat.com, Həmid Herisçi)