SON XƏBƏR

“Dağlıq Qarabağla əlaqələriniz haqda raport yazın...” -Ukrayna Təhlükəsizlik Xidməti əməkdaşlarına əmr verildi

Dekabr 30
01:22 2018
Ukraynada Təhlükəsizlik Xidmətinin əməkdaşlarına Rusiya, ilhaq edilmiş Krım, Donetsk, Luqansk, Dnestryanı, Abxaziya, Cənubi Osetiya və Dağlıq Qarabağ separatçı bölgələri ilə hər hansı əlaqələrinə dair raport yazmaq əmr edilib.

Virtualaz.org Rusiya mənbələrinə istinadən xəbər verir ki, Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Vasili Qritsak bütün əməkdaşlara müvafiq anketi doldurmalarını və şəxsi əlaqələri barədə informasiyaları göstərməyi tapşırıb. O, habelə əməkdaşlardan tələb edib ki, göstərilən ərazilərdə yaşayan bütün tanışları, qohumları və dostları barədə də məlumatları göstərsinlər. Bildirilir ki, bu əmr xüsusi xidmət əməkdaşlarında narazılıq yaradıb. Çünki onlar onsuz da işə qəbul edilərkən və vaxtaşırı olaraq bütün şəxsi məlumatlarını təqdim edirlər.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook