SON XƏBƏR

Danimarka klubu "Qarabağ"a görə məşqçisini qovdu

Sentyabr 06
10:45 2017
Danimarkanın "Kopenhagen" klubunun baş məşqçisi Stole Solbakkenin əsas köməkçisi Brian Priske komandadan kənarlaşdırılıb. Qlobal.az Fanat.az-a istinadən xəbər verir ki, 40 yaşlı mütəxəssis Yohan Lange ilə əvəzlənib. 

Danimarka mətbuatı iddia edir ki , buna səbəb komandanın Çempionlar Liqasının "pley-off" mərhələsindəki uğursuz çıxışı olub. Lakin uğursuzluğa görə baş məşqçinin yox, köməkçisinin qovulması təəccüblə qarşılanıb.
 
Qeyd edək ki, "Kopenhagen" Çempionlar Liqasının "pley-off" mərhələsində iki oyunun nəticəsinə görə "Qarabağ"a uduzub. Azərbaycan çempionu evdə qələbə qazanıb (1:0), səfərdə məğlub olub (1:2) və səfər qolu sayəsində qrupa vəsiqə qazanıb. "Kopenhagen" isə mübarizəni Avropa Liqasında davam etdirəcək.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook