SON XƏBƏR

Davos İqtisadi Forumu yanvarın 17-20-də keçiriləcək

Yanvar 07
01:38 2017
Davosda 47-ci Dünya İqtisadi Forumu (DİF) yanvarın 17-20-də keçiriləcək.
 
Dünyanın aparıcı siyasətçilərinin, iş adamlarının, top-menecer və ekspertlərinin iştirak edəcəyi Forum "Bacarıqlı və məsuliyyətli liderlik” şüarı altında keçiriləcək.
Davos 50-dən çox dövlət və hökumət başçısını, habelə aparıcı beynəlxalq korporasiyaların rəhbərlərini qəbul etməyə hazırlaşır.
 
Qərargahı Cenevrədə yerləşən DİF ən böyük beynəlxalq qeyri-hökumət təşkilatıdır. Ənənəvi Forum İsveçin dağ-kurort şəhəri olan Davosda keçirilir. Qeyri-rəsmi adını da elə bu şəhərdən götürüb. Bundan əlavə, DİF müxtəlif ölkələrdə ənənəvi regional və milli zirvə görüşləri təşkil edir. Dünya İqtisadi Forumu 2013-cü il aprelin 7-8-də ilk dəfə Bakıda keçirilib. Bakı Forumu "Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı strateji dialoq” mövzusuna həsr edilib.
 
Qlobal vəziyyətin iqtisadi inkişaf və sosial tərəqqi məsələlərinin həllində dünya birliyinə kömək etmək yolu ilə yaxşılaşdırılması DİF-in başlıca məqsədi elan edilib. Buna görə də Forum qlobal inkişafın mühüm problemlərini müzakirə və həll etmək üçün dünya birliyinin işgüzar, siyasi, intellektual və digər liderləri arasında tərəfdaşlığın inkişafına kömək edir.




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook