Dayısına 1,4 milyon "atan" şəxs yenidən hakim qarşısına çıxarılır
Yanvar 16
10:03
2023
Bakıda dələduzluqda təqsirləndirilən Orxan Məhərrəmovun barəsindəki hökmdən kassasiya şikayəti verilib.
Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəməyə müraciət edən məhkum cəzasının yüngülləşdirilməsini istəyir.
Şikayət hakim İlkin Rəcəbovun icraatına verilib.
Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü o, 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi Orxan Məhərrəmovun apellyasiya şikayətini təmin etməyib.
Qeyd edək ki, Məhərrəmov Orxan Nazim oğlu dayısı Əliyev Amil Famil oğlunun 1 milyon 400 min manatını dələduzluq yolu ilə ələ keçirməkdə təqsirli bilinir.
Daxili İşlər Nazirliyinin məlumatına əsasən, zərərçəkmişin şikayəti əsasında Bakı Şəhər Baş Polis İdarəsində ibtidai istintaqı aparılıb və cinayət işi üzrə 2019-cu ilin dekabrında Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə axtarış elan olunub.