Dekanın qardaşı "Paşa Holdinq"in adından istifadə edərək vətəndaşları aldadıb - Təfərrüat
Avqust 03
14:15
2021
Bakı şəhəri, Xətai rayon sakini Ramin Əsədzadə "Hürriyyət"ə müraciət edərək Mobil Həsənzadə tərəfindən ona qarşı dələduzluq edildiyini deyib. Özünü Paşa Holdinqin baş hüquqşünası kimi təqdim edən Mobil Həsənzadə Ramin Əsədzadədın ümumilikdə 20000 manat məbləğində pul vəsaiti alıb. O bununla yanaşı Ramin Əsədzadənin işlədiyi şirkətin direktoruna yalan məlumat verərək, Bəylər Əyyubovun qardaşı oğlunun Ramanada yerləşən torpağını göstərərək ona məxsus olduğunu deyir. Mobil Həsənzadə bu şəxsdən də dələduzluq edərək ümumilikdə 130000 manat pul vəsaiti alıb.
Xətai rayon Məhkəməsi tərəfindən Mobil Həsənzadəyə 2 ay 20 gün həbs qəti-imkan tədbiri seçir.
Hazırda polis tərəfindən axtarışda olan bu şəxs 10 aydır ki, həbs edilmir:
"Təxminən bir il əvvəl dostlarımın vasitəsilə Həsənzadə Mobil İsmiyəli oğlu ilə tanış oldum. Bu şəxs özünü Paşa Holdinqin baş hüquqşünası kimi təqdim edib. Həmin ərəflərdə evimlə bağlı məhkəmə prosesi keçirilməli və plenuma çıxmalı idi. Bildirdi ki, bu işi həll edəcəm. Məndən 20000 azn pul istədi. O əminliklə plenum məhkəməsində işin həll olacağını deyirdi. Atamdan və dostlarımdan borc pul alıb Mobil Həsənzadəyə təqdim etdim. Hətta, buna görə qardaşım da maşınını satmaq məcburiyyətində qaldı. Pulu verən anda yanımda şahidlərim də olub. Tikinti şirkətində işlədiyimə görə şirkətin direktoru ilə tanış olur. Bu şəxs işlədiyim şirkətin direktoruyla yaxınlıq etməyə başlayır. Daha sonra Mobil Həsənzadə yalan məlumat verərək, Bəylər Əyyubovun qardaşı oğlunun Ramanıda yerləşən torpağını göstərərək ona məxsus olduğunu deyir. Bu torpağı satacağını deyir. İşlədiyim şirkətin direktorundan 100000 manat istəyir. Ümumilikdə ondan 130000 manat pul alır. Mən bundan şübhələndikdən sonra Ramanı bələdiyyəsinə üz tutdum. Ordan bildirdilər ki, bizim balansımızda belə bir torpaq sahəsi yoxdur. Daha sonra plenumla maraqlandım. Məlum oldu ki, mənim işim də plenuma çıxarılmayıb. Paşa Holdinq də bu şəxsi tanımadığını dedi. Baş verənlərdən agah olduqdan sonra Xətai rayon Polis idarəsinə müraciət etdim. Müraciətimdən sonra Mobil Həsənzadə həbs edildi. Xətai rayon məhkəməsi ona 2 ay 20 gün həbs qəti-imkan tədbiri seçdi. Daha sonra ailəsi evimizə gəlib xahiş etdilər ki, şikayətimi geri götürüm. Onun torpaq sahəsinin olduğunu və satıb pulumu geri qaytaracaqlarını dedilər. Mobil Həsənzadənin bacısının Əşrəf adlı yoldaşı keçmiş DTX işçisi olub. Eyni zamanda qardaşı Habil Həsənzadə Pedoqoji Universitetin Tarix fakültəsinin dekanıdır. Ona da demişəm. Lakin, bu şəxs ailəsi tərəfindən gizlədilir. Üstündən 10 ay keçməsinə baxmayaraq bu şəxs həbs edilmir. Hər gün "102 zəng" xidmətinə müraciət edirəm. Axtarışda olduqlarını deyib, ört-bastır etməyə çalışırlar. Xətai Rayon Polis İdarəsi 10 aydır ki, bu şəxsi həbs edə bilmir".
Qarşı tərəf münasibət bildirə bilər.
Mənbə: Hürriyyət.az"
Qlobal.az