SON XƏBƏR

"Dəmir Bank"ın əmlakı hərraca çıxarılır

İyul 18
11:42 2022
Avqustun 3-də "Bakı Hərrac Mərkəzi" MMC-də ləğv prosesində olan "Dəmir Bank" ASC-nin daşınmaz əmlakının satışı üzrə növbəti açıq hərrac keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə bankın ləğvedicisi - Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) məlumat yayıb.

Məlumata görə, söhbət Quba rayonunun Zərdabi qəsəbəsindəki 0,13 hektar torpaq sahəsində yerləşən 1 221,4 kv.m-lik qeyri-yaşayış sahəsindən gedir. Əmlaka 170 min manat qiymət qoyulub.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook