Dəmir yolunun Puta - Qaradağ mənzilində 10 km yol əsaslı təmir olunur
Avqust 15
09:22
2016
Bu gün Puta - Qaradağ mənzilində 10 km yolun əsaslı təmirinə start verilib.
"Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov AZƏRTAC-a bildirib ki, təmir işləri bir həftə davam edəcək.
Əsaslı təmir işlərini 5 saylı "İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi həyata keçirir. Artıq səhər saatlarında köhnə yolun söküntüsünə başlanılıb.
Qeyd edək ki, 2015-ci il aprelin 14-də "Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması” layihəsinin kinici mərhələsinin icrası məqsədilə, "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə Çexiyanın "MORAVİA STEEL” şirkətləri arasında "Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi–texniki təchizatı və əsaslı təmiri” barədə ixrac müqaviləsinə əlavə saziş imzalanıb. Yeni layihənin icrasına ötən ilin oktyabr ayının sonlarında başlanılıb və bu günə kimi 135 kilometrdən artıq dəmir yolu əsaslı təmir olunub.Qlobal.az