“Demişdim ki, Ağdama sürünə-sürünə gedəcəm… ” – Arif Babayev
Dekabr 23
12:02
2020
"Mən Ağdam şəhəri yaxınlığındakı Sarıhacılı kəndində doğulmuşam. İnsan doğulduğu, yaşadığı yerə bağlı olur. Elə gözləyirəm ki, o ərazilər minalardan təmizlənsin, gedim görüm kəndimiz nə yerdədir? İnanın Allaha ürəyim partlayır o yerləri görməkdən ötrü. Bilirəm ki, mənfur düşmən orada salamat yer qoymayıb, amma kəndimdən, evimdən nigaranam. İki mərtəbəli evim var idi, hər bir şəraitim orda gözəl idi. Demişdim ki, Ağdama sürünə-sürünə gedəcəm, amma insult vurub məni, ona görə də borclu qaldım. Bu çox böyük tarixdir, buna görə cənab prezidentimizə minnətdaram”.
Bu sözləri Xalq artisti, professor Arif Babayev deyib.
"Şöhrət” ordenli sənətkar moderator.az-a açıqlamasında səhhətindən də söz açıb.