SON XƏBƏR

Demokratlar Harrisin qələbəsinə əmin deyil - Sorğunun nəticələri

İyul 23
13:17 2024
ABŞ-də Co Baydenin əvəzinə vitse-prezident Kamala Harrisin namizədliyinin irəli sürülməsi perspektivinə münasibət birmənalı deyil.

"AzPolitika” xəbər verir ki, "CBS News”-un keçirdiyi sorğunun nəticələrinə görə, Demokratlar Partiyası seçicilərinin 45%-i onların partiyasının seçkidə qalib gəlmək şanslarının indi əhəmiyyətli dərəcədə artdığına inanır. Bununla belə, 10% daha pessimistdir və bu ehtimalın azaldığını hesab edirlər.

Digər 17% vəziyyətin dəyişmədiyinə inanır, 28% isə deyir ki, hər şey demokratların hansı namizədi irəli sürməsindən asılıdır.
 
Demokratlara səs verəcək seçicilərin təxminən 80%-i Harrisi dəstəkləyir, lakin 20%-i başqasının seçilməli olduğuna inanır.

Bundan öncə CNN qeyd edib ki, Harrisin yeni prezidentliyə namizəd kimi irəli sürülməsi Demokratlar Partiyasının bütün 50 ştat üzrə rəhbərləri tərəfindən dəstəklənib. Demokratlar Partiyası avqustun 7-dək ABŞ prezidentliyinə namizədini seçməyi planlaşdırır.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook