Demokratlar Prezident Trampın impiçmenti ilə bağlı məhkəməni davam etdiriblər
Yanvar 24
12:11
2020
ABŞ Senatında Prezident Trampın impiçmentinə dair məhkəmənin üçüncü günü Adam Şiffin çıxışı ilə başlayıb.
AZƏRTAC xəbər verir ki, Şiffin sözlərinə görə, Prezident Donald Tramp hakimiyyətdən sui-istifadə edib, Konstitusiyanı pozub.
Harvard Universitetinin keçmiş professoru, Trampı müdafiə edən komandanın rəhbəri Alan Derşovitsin əks mövqedən çıxış edəcəyi gözlənilir. Derşovits televiziya ilə çıxışlarında bir neçə dəfə bu barədə danışıb.
Cümə axşamı məhkəmə iclasının açılışında Ali Məhkəmənin sədri Con Roberts bildirib ki, demokratların çıxışları üçün 16 saat 42 dəqiqə vaxtları qalıb. Onlar 2 gün ərzində bu vaxtdan istifadə etməlidirlər. Bundan sonra şənbə günü Prezidentin hüquqşünaslar komandası Senatda öz mövqelərini müzakirə etməyə başlayacaq.