SON XƏBƏR

“Dəniz Diş” klinikasına yazılan cərimə niyə silinib?

İyun 07
09:50 2022
Yasamal rayonu, Lev Tolstoy küçəsi 137 ünvanında yerləşən "Dəniz Diş” MMC-yə məxsus stomatoloji müəssisə fəaliyyətində yol verdiyi nöqsana görə inzibati xəta haqqında protokol tərtib edilib. Amma sonradan həmin klinika məsuliyyətdən azad edilib.

Musavat.com xəbər verir ki, adı çəkilən klinikada yoxlama zamanı lisenziyadan kənar rentgenoloji iş aşkarlanıb. Buna görə İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsinin tələbləri pozulduğuna görə Tibbi nəzarət şöbəsinin müdiri Fazil Hüseynbəyov tərəfindən imzalanmaqla protokol tərtib edilib.

"Dəniz Diş” MMC-nin direktoru Toğrul Abdullayev izahatında rentgenoloji iş ilə əlaqədar İqtisadiyyat Nazirliyindən lisenziya alınmalı olduğunu bilmədiyini söyləyib. T.Abdullayev bu inzibati xətanın ilk dəfə baş verdiyini nəzərə alınmasını xahiş edib.

Amma sonradan Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi Publik Hüquqi Şəxsinin Tibbi Nəzarət şöbəsinin müdiri Fazil Hüseynbəyovun göstərişi ilə "Dəniz Diş” MMC barəsində tərtib edilən protokol ləğv edilib.

Ardınca klinikada hər şeyin qaydasında olması ilə bağlı akt tərtib edilib. Yəni, bir yoxlama ilə əlaqədar iki akt tərtib edilib. Bu azmış kimi Ədliyyə Nazirliyinin Reyestr Xidmətinə yanlış məlumat verilərək "Dəniz Diş” MMC barəsində inzibati xəta ilə bağlı protokol yazılmadığı bildirilib və saxta məlumat reyesterə daxil edilib.

Qeyd edək ki, bununla bağlı Baş Prokurorluğa müraciət edilib.

Onu da bildirək ki, yazılan protokola görə klinika 8000 manata qədər cərimə ödəməli idi.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook