Dənizkənarı Bulvar İdarəsinə yeni sədr təyin edilib
Yanvar 29
16:11
2024
Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinə yeni sədr təyin edilib.
"Report” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncamla Xanlar Adil oğlu Ağalarov Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sədri təyin olunub.
Qeyd edək ki, Xanlar Ağalarov bu təyinata qədər Mədəniyyət Nazirliyinin Aparat rəhbəri vəzifəsində işləyib.