SON XƏBƏR

Deputat: "Alimə 3 çörək pulu verilir"

Noyabr 14
15:14 2023
"Hər il dövlət büdcəsindən elmin inkişafına xeyli vəsait ayrılır, amma həmin məbləğin nə qədər hissəsi birbaşa alimə çatır? Bu sual maraqlıdır". 

Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisdə büdcə müzakirəsi zamanı deputat Əziz Ələkbərov deyib. 

Deputat vurğuıayıb ki, AMEA-da çalışan elmi işçi vəzifəsində çalışan gənc alimlər müxtəlif dərəcələrlə 400 manatdan bir az çox əməkhaqqı alır:

"Halbuki ölkədə bu il üçün nominal orta aylıq əməkhaqqı 925,3 manat, paytaxtda isə orta aylıq nominal əməkhaqqı 1000 manatdan yuxarı təşkil edib. Yəni, paytaxtda yaşayan alim orta aylıq əməkhaqqının 1/3-i qədər maaş alır. Doğurdanmı bu maaşla gənclərimizi elmə gətirmək istəyirik?! Doğurdanmı güman edirik ki, bu qədər əməkhaqqı ilə alim elmlə məşğul olacaq?"

Ə.Ələkbərov eyni zamanda elmi dərəcəsi olanlar üçün nəzərdə tutulan vəsaitin az olmasını da qeyd edib: 

"Alimlərə verilən dərəcə pulu 60-100 manat kimi qalıb. Fəlsəfə doktoruna hər biri üçün iki çörək, elmlər doktoru üçün isə üç çörək pulu verilir. Bəlkə bu doğurdan da alimə verilən elmi dərəcə pulu yox, elə çörək puludur. Hesab edirəm ki, elmimiz və alimlərimiz bu münasibətə layiq deyil".


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook