Deputat axtarışa verildi
Avqust 04
09:15
2022
Moskva Şəhər Məhkəməsi Dövlət Dumasının deputatı Vadim Belousovu 3,25 milyard rubl (təxminən 90 milyon manat) rüşvət almaq ittihamı ilə axtarışa verib. Bu barədə avqustun 3-də məhkəmənin mətbuat xidmətindən məlumat verilib.
Qərara Belousovun üzrlü səbəb olmadan hökmün elan edilməsi üçün məhkəməyə gəlməməsi və oun yerinin müəyyən edilməməsi səbəb olub.
Məhkəmənin qərarı ilə deputat ciddi rejimli koloniyada qalmaqla on il müddətinə azadlıqdan məhrum edilib. Həmçinin, o,500 milyon rubl cərimə edilib. Belousova dövlət qulluğunda vəzifə tutmaq qadağan edilib.
Bununla yanaşı, siyasətçi dövlət mükafatı - II dərəcəli Vətən qarşısında xidmətlərinə görə ordeni medalından məhrum edilib.
Deputatın qayınanası, 80 yaşlı Marqarita Butakova isə şərti cəza alıb.
İstintaqın məlumatına görə, yol tikintisi ilə məşğul olan iki sahibkar - Konstantin Ovçinnikov və Aleksey Başayev 2010-cu ildən 2014-cü ilə kimi deputata və onun himayədarı, o vaxt Çelyabinsk vilayətinin qubernatoru vəzifəsində çalışan Mixail Yureviçə ayda 10 milyon rubl pul veriblər. Bunun üçün iş adamlarına qazancın 20 faizi müqabilində "dövlət müqavilələrinin bağlanması üçün ən əlverişli şərtlər” və "rəqabətdən tam qurtulmaq” təmin edilib.
Çelyabinskdə rüşvət Belousovun qayınanasına verilib, Moskvada isə pulu deputatın arvadı alaraq seyfə yığıb. Nəticədə, bir neçə il ərzində Belousov üç milyard rubldan çox pul alıb ki, bu da müasir Rusiya tarixində ən böyük rüşvət hesab olunur.
Mənbə: lenta.ru