Deputat: “Bakı İnşaat” MMC-nin rəhbəri insanlardan pul alıb…”
May 02
17:05
2023
"Hələ də fırıldaqçılıqla məşğul olan tikinti şirkətləri var. Vətəndaşlardan pulu alıb, onları aldadaraq yubadırlar”.
Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin deputatı Rüfət Quliyev parlamentin iclasında çıxışı zamanı deyib:
Deputat qeyd edib ki, bu şirkətlərdən biri də məhz "Bakı İnşaat” MMC-dir:
"Həmin şirkətlə bağlı bizə rəsmi məktublar daxil olur. İnsanların pulunu alıb 4-5 aydır ki, yubadırlar. Köməkçim dəfələrlə həmin şirkətin rəhbəri ilə əlaqə saxlamaq istəsə də, zənglərə cavab verilmir, söhbətdən qaçırlar. Belə şirkətlərə qarşı müvafiq tədbirlər görülməlidir”.
Qlobal.az