Deputat Ülvi Quliyevin oğlu “SSRİ gözəli” müsabiqəsinə nə qədər pul xərcləyib? (FAKT)
Dekabr 06
11:13
2021
"Profilaktik söhbətlərdə” deputat Ülvi Quliyevin oğluna İngiltərənin daşınmaz əmlak bazarından geri çəkilmək, mənzilləri satmaq və pulu ölkəyə geri gətirmək məsləhət görülüb.
Bu barədə jurnalist Cavanşir Həsənli məlumat yayıb.
Onun sözlərinə görə, Milli Məclisin deputatı Ülvi Quliyevin oğlu Orxan Quluzadə Britaniyadakı iki şirkətindən birini bağlayıb. Onun təxminən iki il əvvəl Londonda təsis etdiyi MARKETING SOLE PROJECT LTD şirkəti bu il avqustun 24-də qapadılıb:
Mənə çatan məlumata görə "profilaktik söhbətlərdə” deputatın oğluna İngiltərənin daşınmaz əmlak bazarından geri çəkilmək, mənzilləri satmaq və pulu ölkəyə geri gətirmək məsləhət görülüb”.
Qeyd edək ki, Orxan Quluzadə bir neçə il əvvəl Londonda "Miss USSR” ("SSRİ gözəli”) müsabiqəsinə bir ətək pul töküb. 2017-ci ildə o, "Rubicon Production” studiyasının və Litva əsilli rus prodüser Valentina Gordeevanın prodüserliyi ilə London, Mayfairdakı bahalı və dəbdəbəli Hilton otelində keçirilən konkursun çəkilişlərinə sponsorluq edib.https://cinando.com/…/rubicon_production_132630/Detail
O zaman İngiltərənin məşhur "İndependent” qəzeti də bu müsabiqə haqqında xəbəri "High heels, tiny bikinis and Soviet nostalgia: Why is Miss USSR happening in London?” başlığı ilə təqdim etmişdi.https://www.independent.co.uk/…/miss-ussr-beauty….
Britaniya mətbuatı yazırdı ki, müsabiqə güclü sponsorların hesabına keçirilib, sponsorlar sırasında mənşəcə keçmiş Sovet respublikalarından olan şəxslərə məxsus şirkətlərin, o cümlədən Londondakı "Caviar House”nin adı çəkilib.
Qlobal.az