SON XƏBƏR

Deputat: “Mən xahiş edərdim ki, Hesablama Palatası Dövlət Neft Fondunun gəlir və xərcləri ilə əlaqədar da geniş hesabat versin"

Aprel 09
14:34 2019
"Hesablama Palatasının hesabatın ümumiləşdirəndə, ən çox nöqsan Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Vergilər Nazirliyi ilə əlaqədardır”.
Bunu Milli Məclisin iclasında Hesablama Palatasının 2018-ci ildə fəaliyyəti barədə hesabatın müzakirəsində deputat Vahid Əhmədov deyib.

O bildirib ki, bu nazirliklər nəticə çıxararaq nöqsanları aradan qaldırmalıdır: "Mən xahiş edərdim ki, Hesablama Palatası hər il parlamentdə hesabat verərkən Dövlət Neft Fondunun gəlir və xərcləri ilə əlaqədar da geniş hesabat versin. Çünki dövri mətbuatda Neft Fondunun yerləşdirdiyi məbləğlərin çox aşağı gəlir gətirməsinə dairciddi iradlara rast gəlinir”.

V. Əhmədov tenderlər sahəsində də problemlərin həllini tapmalı olduğu vurğulayıb: "Digər tərəfdən, bu ilin dövlət büdcəsində tikinti sahəsinə 7 milyard manata yaxın vəsait ayrılıb. Hesablama Palatasından xahiş edərdim ki, 2019-cu ildə tikinti sahəsinə ayrılmış 7 milyard manat vəsaitin xərclənməsini nəzarətə götürsün”. (modern.az)



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook