Deputat: “Multikulturalizm ili”nin qeyd edilməsi multikulturalizm ideyalarını daha da zənginləşdirəcək
Yanvar 12
11:57
2016
Azərbaycanda 2016-cı ilin "Multikulturalizm ili” kimi qeyd edilməsi multikulturalizm ideyalarını daha da zənginləşdirəcək və ölkənin nüfuzunu beynəlxalq səviyyədə daha da artıracaq.
Bunu Trend-ə Milli Məclisin deputatı Nizami Cəfərov deyib.
2016-cı ilin Prezident İlham Əliyevin sərəncamı ilə "Multikulturalizm ili” elan edilməsini əsaslı qərar sayan deputat bu ilin "Multikulturalizm ili” kimi uğurla keçəcəyinə əminliyini də bildirib.
Deputatın sözlərinə görə, ölkəmizdə multikulturalizm ənənələri artıq bir necə ildir ki, araşdırılır, siyasi proses olaraq, təhlil edilir: "Bunun üçün artıq ideoloji əsaslar var. Bu ideoloji əsaslar xüsusi olaraq, düşünülmüş, yalnız təsəvvürlə əldə olunan hadisə deyil, birbaşa Azərbaycan xalqının və coğrafiyasının uzun əsrlərlə, hətta min illərlə ölçülən tarixinə əsaslanır”.
N.Cəfərov qeyd edib ki, hazırda dünyada etnik, dini zəmində böyük münaqişələr var: "Bu münaqişələr hətta müharibə həddinə gəlib çata biləcək bir mərhələdədir: "Azəbaycanda müxtəlif xalqlar, dinlər mövcuddur. Tolerantlıq baxımından dünyaya nümunə olan Azərbaycanın bu sahədəki ənənələri dünya üçün də çox maraqlı ola bilər”.