SON XƏBƏR

Deputat paytaxtda rusca danışanları “vicdansız” adlandırdı

May 20
14:03 2024
Qazaxıstan parlamentinin deputatı Abzal Kuspan sosial şəbəkədə Astana sakinlərinin qazax dilini bilməməsindən, hər yerdə rusca danışmalarından narazılığını bildirib.

Musavat.com yerli mediaya istinadla xəbər verir ki, o, hətta uşaqların dövlət dilini bilməməsinə görə hiddətini ifadə edib.

A.Kuspan Astanada Jetısu parkında gəzinti zamanı müşahidə etdiyi durumdan danışıb. Deputat parkda gəzərkən ətrafdakıları videoya çəkib. O, ölkənin əsas metropolunda sakinlərin əksəriyyətinin rus dilində danışmasından qəzəblənib.

"Görünür, Astanaya ancaq vicdansız qazaxlar yığışıır. Mən heç vaxt heç yerdə Astanada olduğu kimi öz dilindən imtina edən valideynlərlə rastlaşmamışam!”, – deyə deputat Abzal Kuspan öz səhifəsində yazıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook