SON XƏBƏR

Deputat təhsilə ayrılan pulları soruşdu, spiker yeni tikilən binalardan danışdı

Noyabr 14
13:35 2023
"Biz qara qızılımızı kapitala çevirməyi qarşımıza məqsəd qoymuşuq. Bunun üçün elm və təhsilə diqqət ayırmalıyıq. Ölkədə kölgə təhsili, repetitorluq artıb. Hər valideynin övladına xərclədiyi pul dövlətin bir neçə şagirdə xərclədiyindən daha çoxdur”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində deputat Etibar Əliyev deyib.

Deputat bildirib ki, sagirdlərin dərsdən yayınması gələcəkdə fəsadlara gətirib çıxaracaq: "Bir çox abituriyent 0-50 bal yığır, bu, savadsızlıqdır. Hər il artan büdcə ilə təhsil beləmi olmalıdır? Niyə vəsaitin haralara xərcləndiyi açıqlanmır? Bəlkə, elə vəsait ancaq Bakı şəhərində olan müəssisələr üçün xərclənir? Edilən struktur dəyişiklikləri elm üçün ayrılan vəsaitin səmərəli xərclənməsinə kömək edəcək?”

Milli Məclisin sədri Sahibə Qafarova isə deputatın fikirləri iə razılaşmayıb.

"Siz elə danışdınız ki, elə bil ölkədə təhsil yoxdur. Axı belə deyil. Heç olmasa tikilən yeni binalardan, islahatlardan danışın. Özünüz təhsildən gəlmiş adamsınız. Bilirsiniz ki, təhsil sahəsində islahatlar 1 ilə, 2 ilə nəticə verə bilməz”, - deyə spiker bildirib.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook