SON XƏBƏR

Deputata şok ittiham: Sahibkara hədə-qorxu gəlib 330000 manatlıq borc müqaviləsi imzaladıb

Noyabr 19
09:58 2021
Ağsu şəhəri, Nəsimi küçəsi, ev 16-da yaşayan Babayev Həsənağa Sədəhməd oğlu tərəfindən Prezident İlham Əliyevə və digər rəhbər şəxslərə müraciət ünvanlanıb.
 
Qlobal.az xəbər verir ki, bu barədə bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Ölkəmizdə həyata keçirilən davamlı iqtisadi inkişaf siyasətinin mühüm şərtlərindən biri kimi şəffaflıq və maliyyə intizamının təmin edilməsi, həyata keçirilən iqtisadi islahatların korrupsiyaya qarşı mübarizə tədbirləri ilə dəstəklənməsi prokurorluq orqanları tərəfindən qanunla ona həvalə edilmiş səlahiyyətləri çərçivəsində daim diqqət mərkəzində saxlanılmaqla aidiyyəti dövlət qurumları ilə əlaqəli şəkildə korrupsiya hüquqpozmaları törətmiş vəzifəli şəxslərə qarşı ardıcıl mübarizə tədbirləri davam etdirilir. Amma çox arzu edərdik ki, bu tədbirlər özlərinə toxunulmazlıq statusları qazandırmış və bu arxayınçılıqdan süi-istifadə edən hörmətli millət vəkillərinə və hakimlərimizə də şamil olunsaydı yaxşı olardı. Yoxsa ki, bu kateqoriyalı məmurlarımızın bəziləri toxunulmazlıq statusundan gen-bol istifadə etməklə ciddi qanunpozuntularına yol verirlər. Məsələn, belələrindən biri də 20 ildir ki, deputat kreslosunu zəbt etmiş, siyasi liderlərdən biri hesab olunan, Vətəndaş Birliyi Partiyasının sədri Sabir Hacıyevdir".

Şikayətdə deyilir: "Bu deputat 2011-ci ildən mənim başımı elə bir bəlaya salıb ki, bütün var-yox əmlakım əlimdən çıxsa da bu problemdən qurtara bilmirəm. Belə ki, cənab deputat öz yaxın dostu olan Fəxrəddin Əliyev adlı birisilə yanıma gəlib dedid ki, Həsənağa sənin rayonda böyük fermer təsərrüfatın var, gəl bununun vasitəsilə İqtisadiyyat Nazirliyinin xəttilə aşağı faizlə bankdan kredit götürüb böyük bizneslə məşğul olaq, sən də qazan, biz də qazanaq”. Razılaşdım. Dedim, deputat adamdır, əli yerə yerə çatır. Belə kredit təşkil etsə, mən də həm təsərrüfatımı genişləndirər, həm də yeni layihə həyata keçirərəm. O vaxt mənim " Məhəmməd” Kəndli Fermer Təsərrüfatı olan bir MMC vardı. Hazırda isə bankda girovdur. Bəli, biz fermer təsərrüfatımı da, Ağsu şəhərindəki yaşadığım evi də, Ağsu şəhərində soyuducu ambar olan yarımçıq tikilini də və bir neçə Sabirin tanışarı olan şəxslərinə məxsus mülkləri də "Azəriqazbank” QSC-yə girov qoyaraq tez bir zamanda İqtisadiyyat Nazirliyinin köməkliyilə 2011-ci ildə 5 il müddətinə 389.600 manat kredit götürdük.Krediti götürən zaman Sabir Hacıyev və digər deputat dostu olan Rauf Əliyev də mənə rəsmən zamin durdular. Ağsu şəhərinin kənarında biznes layihəsi üzrə 500 ton tutumu olan soyuducu ambarın tikintisinə başladıq. Və eyni zamanda Sabir Hacıyev Fəxrəddin Əliyevlə məsləhətləşib alınan kreditin 250000 manatını F.Əliyev vasitəsilə Türkiyədən soyuducu qurğuların alınıb Azərbaycana gətirilməsini müzakirə etdik. Və mən də birlikdə Fəxrəddin Əliyevin Səbail rayonu ərazisində olan yaşadığı evin yanında 4 nəfər şahidin yanında 250000 manat nağd pulu birlikdə ona təhvil verdik. Qalan 50000 manatı isə Fəxrəddinin dostu hesab edilən və 4 nəfər girov ev qoyan adamların şahidliyi ilə makler Azərə verdik. Yerdə qalan 80 minmanatla isə Ağsu şəhərinin çıxış hissəsində geniş torpaq sahəsini alaraq soyuducu ambarın tikintisinə başladıq. Aradan 3-4 ay keçsə də nə F.Əliyev, nə də qurğular Azərbaycana gəldi. Sabir müəllim də başa düşüdü ki, bəli, yaxın dostu Fəxərddin Əliyev ona qarşı dələduzluq edib, 250000 manatı alıb aradan çıxıb. Amma sonradan məlum oldu ki bu dələduz Bakıya qayıdıb Amma onu bu günəkimi tapmaq Sabir müəllimə müyəssər olmadı. Mən isə bu illər ərzində daha da ağır vəziyyətə düşdüm. 2011-ci ildən 2016-cı illər ərzində bankın məndən tələb etdiyi hər ay 2000 manat olmaqla faiz borcları qaytarmağa başladım. Bu 5 il ərzində əlimdə olan pulları da, PRADO, MERCEDES və NİVA markalı şəxsi avtomobillərimidəsatıb faiz borcları ödəməklə məşğul oldum. 2016-cı ildə isə Bank bizi tələsdirdi ki, əsas borcu da təcili ödəmək lazımdır. Bu arada evlərini bu kreditə görə girov qoymuş S.Hacıyevin tanışlarıda ondan şikayətlər etməyə başladı. Digər tərəfdən sabiq MTN " şefi” olan Eldar Mahmudova yaxınlığı ilə tanınan bu bank Sabirə bir zamin kimi xəbərdarlıq etdi ki, təcili pulları ödəsin axırı yaxşı olmayacaq. O da deputat adından qorxuya düşərək əsas borcu bir gündə ödəyərək bağladı. Hazırda isə bank yenə mənə qarşı əlavə olaraq faizlərə görə 47000 manatın ödənilməsini tələb edir. Və məni " Pul tələbilə” Ağsu Rayon Məhkəməsinə vermişdir.

Az keçməmiş Sabir Hacıyev mənə hədə-qorxu gələrək Bakıda "QızılTac” Şadlıq sarayının yaxınlığında olan 43 saylı notariat kontoruna gətirərək guya mənim ona fiziki şəxs kimi 330000 manat borcum olması barədə saxta "Borc müqaviləsi” imzalatdırdı. Əvvəlcə mənə bunun formal bir müqavilə olmasını bildirdi. Etiraz etdikdə onun bir siyasətçi kimi sifəti 180 dərəcə çevrildi və hədə-qorxuya keçdi. Məndə ailəmin təhlükəsizliyini nəzərə alaraq məcbur olaraq ortalıqda olmayan, almadığım və görmədiyim pulun guya Sabirdən borc alınmasına imza atmaq zorunda qaldım. Halbuki, bu borcun verilməsini təsdiq edən heç bir notarial hərəkətə yol verilməmiş, pul nağd olaraq notariusun depozit hesabına köçürlüməmiş, mən də onu bank qəbzi ilə mədaxil etməmişdim. Yanımızda heç şahidlər də yox idi. Lap elə məntiq də yox idi ki, məni uzaqdan tanıyan deputat S.Hacıyevə nə düşmüşdü ki, devalvasiyadan sonra o mənə 330000 manat pulu heç bir girovsuz, zaminsiz, vermiş olsun. Nə qohumluq əlaqəmiz var, nə də iş birliyimz olmuşdur.

Aradan 6 il keçdikdən sonra isə cənab deputat məni yaşayış yerim üzrə Ağsu rayon Məhkəməsinə "Pul tələbi” ilə bağlı müraciət edərək məni məhkəmədə sıxışdırmağabaşladı. Təbii ki, ədalətsiz Ağsu Məhkəməhakimi də imkanlı deputatın tərəfini saxlayaraq ona vəkillik etməklə iddiasını təmin etmişdir. Doğrudur, mən də yaxşı dostların köməkliyilə "saxta və əsassız borc müqaviləsinin etibarsız hesab edilməsi” barədə qarşılıqlıiddia versəm də hakim bunu heç müzakirə belə etmədi. Və təbii ki, yaxşıca qazandı da. Və mən onun 25 iyun 2021-ci il tarixli, 2 (016)-47 2021 saylı əsassız qətnaməsindən bir cavabdeh olaraq apellyasiya şikayəti verdim. İndi MŞəki Apellyasiya Məhkəməsində hakim Ələddin Məcidovun icraatında olan apellyasiya şikayətimə 24 noyabr 2021-ci il tarixə, saat 11-30-da 16 N-lizalda baxılacağı barədə bildiriş gəlmişdir. Bu ərəfədə, yəni 12 noyabr, saat 13 radələrində Sabir Hacıyev mənə zəng edərək bildiri ki, sən bu gün get Nərimanov rayon Polis İdarəsi rəisinin yanına ki, Fəxərddin Əliyev bizim bankdan götürdüyümüz pulu alıb dələduzluq etmiş və gizlənmişdir. Mən rəisin yanında bu müzakirəni apardım. Rəis bildirdi ki, axı siz bu pulu F.Əliyevin yaşadığı Səbail rayonu ərazisində ona təhvil vermisiniz. Mən bu işi araşdırmaya versəm belə, gərək materialları Səbail Polisinə göndərəm. Yaxşısı budur siz Səbail RPİ-nə müraciət edəsiniz. Yəni, cənab deputat bir tərəfdən məni məhkəməyə verib saxtakarlıqla bağladığı "borc müqaviləsi” əsasında pul tələb edir, o biri tərəfdən isə məni təhrik edir ki, 10 ildən sonra mən ərizə verib dələduz F.Əliyevi cəzalandırıb pulumuzu alaq. Mən bu siyasətçinin oyunundan baş aça bilmirəm. Bəli, bu adam 2001-ci ilədək Mütəllibov tərəfdarı kimi onun dediyilə oturub durub. Sonradan Mütəllibov "Mosbank” vasitəsilə bunlara Moskvadan pul göndərməyi dayandıran kimi, "bayraqlarını” tullayıb keçdilər indiki iqtidar tərəfə. Və indiyədək də əqidələrini dəyişib olublar biznesmen. Noyabrın 15-dən də Azərbaycanı tərk edərək getdi Mərkəzi Amerikaya biznesmen etdiyi milyoner oğlu Kamalın yanına. Biz də qalmışıq qədim ticarət mərkəzi olan Şəkidə fəaaliyyət göstərən Apellyasiya Məhkəməsinin ümidinə ki, bəlkə burda ədalət 1 % -də olsa zəfər çala Amma inanmıram. Ona görə ağır iqtisadi duruma düşmüş bir azərbaycanlı olaraq dövlət rəhbərlərinə, yuxarı instansiya məhkəmə sədrlərinə və vicdanlı KİV orqanırəhbərlərinə müraciət etmək zorunda qalıram.

Çox hörmətli Prezident İlham Əliyev! Hazırda bizneslə məşğul olan deputat Sabir Hacıyev tərəfindən bizi kimi sadə vətəndaşı öz səhvi ucbatından bütün əmlakımızı satdırıb kredit ödəmələri etməyə məcbur edən və sonda zorakılıqla məni əsassız olaraq 330000 manat borc müqaviləsi bağlamağa məcbur edən və sonda bu pulu saxtakarlıqla məhkəmə qaydasında tələb edən Sabir Hacıyev, onun kredit zamanı zamin olmuş dostu deputat Rauf Əliyev və digər dəstəsinin və ona vəkillik edən hakimlərin fəaliyyətinin aidiyyatı üzrə araşdırılmasına göstəriş verməyinizi xahiş edirik.

Eyni zamanda Ədliyyə naziri cənab Fikrət Məmmədovdan və Məhkəmə Hüquq şurası Aparatı rəhbərindən də xahiş edirk ki, Şəki Apellyasiya Məhkəməsində şikayətimizi alver predmetinə çevirməsinlər, işə düzgün qiymət verərək yenidən araşdırma üçün rayon məhkəməsinə göndərilməsini ədalətin tələb etdiyi kimi yanaşaraq həll edilməsi prosesinə nəzarət etməyiniz xahiş edir və əvvəlcədən təşəkkürümü bildiriəm".

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook