SON XƏBƏR

Deputatdan sənədsiz evlərlə bağlı şad xəbər: "Qərar qısa müddətdə verilə bilər"

Fevral 29
15:48 2024
"Qısa müddətdə sənədsiz evlərin qeydiyyata alınması ilə bağlı qərar verilə bilər".
 
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov sənədsiz evlərin iventarlaşdırılması təklifindən danışarkən deyib. 

Deputat bildirib ki, qeydiyyatsız evlərin sənədləşdirilməsi uzun müddətdir müzakirə edilən məsələlərdəndir. Vüqar Bayramov mütəmadi olaraq bu istiqamətdə addımların atılması ilə bağlı təklif verdiyini də vurğulayıb:

"Eyni zamanda, həmin evlərin sənədləşdirilməsi ilə bağlı xüsusi komissiya yaradılıb və hazırda bu istiqamətdə fəaliyyət davam etdirilir. Prezidentin göstərişinə uyğun olaraq qeydiyyatsız evlərlə bağlı komissiya tərəfindən fəaliyyətlərin daha da intensivləşməsi müşahidə olunur. Ona görə bu məsələ gündəmdədir".

Vüqar Bayramov əlavə edib ki, burada söhbət 500 minə yaxın sənədsiz evin qeydiyyata alınmasından gedir:

"Bu həm vətəndaşlarımız üçün evlərin daha qısa müddətə qeydiyyata alınması, onların mülkiyyət hüquqlarının tanınmasına, eyni zamanda həmin əmlakın iqtisadi baxımdan daha aktiv olaraq istifadə olunmasına imkan yarada bilər. Çünki bir tərəfdən həmin sakinlərin mülkiyyət hüququnun tanınması  və mənzillərə çıxarışın verilməsi vacibdir. Digər tərəfdən isə həmin mülkiyyət sahibləri əmlakdan istifadə edərək kreditlər cəlb edə bilmirlər, həmin əmlak iqtisadi baxımdan fəal sferaya daxil ola bilmir. Ona görə də burda mühüm məqamlardan biri də  sənədsiz evlərin qeydiyyata alınmasının həm də iqtisadi aktivliyə müsbət təsir göstərəcəyi ilə bağlıdır. Bu eyni zamanda həmin əmlak vasitəsi ilə kreditlərin cəlb edilməsi, real sektora yönəldilən kreditlərin cəlb edilməsinə imkan yaradacaq".

Qeyd edək ki, sənədsiz evlərin inventarlaşdırılması təklif edilir. Bu Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü il üzrə məruzəsində əksini tapıb. 


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook