SON XƏBƏR

Deputatlar tətilə çıxdı

Dekabr 30
14:03 2023
Milli Məclisin payız sessiyasının sonuncu iclası başa çatıb.

Qaynarinfo xəbər verir ki, spiker Sahibə Qafarova Milli Məclisin payız sessiyasında görülən işlər barədə məlumat verib.

Onun sözlərinə görə, payız sessiyası dövründə parlamentin 39 plenar iclası keçirilib: "2023-cü ildə 268 qanun və 27 qərar qəbul olunub".

Sonra spiker Milli Məclisin payız sessiyasını bağlı elan edib.
 
 Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, səlahiyyəti dövründə Milli Məclis ildə iki dəfə - iyul ayının 15-dən avqust ayının 30-dək və yanvar ayının 1-dən 15-dək tətilə buraxılır.

Tətil dövründə deputatlar məzuniyyətdə sayılır. Tətil dövründə Milli Məclisin növbədənkənar sessiyası çağırıldıqda Milli Məclisin tətili növbədənkənar sessiyanın keçirildiyi müddətə dayandırılır və deputatlar həmin müddətə məzuniyyətdən geri çağırılırlar.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook